Bütün xəbərlər
Prezident ailəsinə Şah Abbas məscidində “Qurani-Kərim” hədiyyə etdilər - Fotolar
Tarix: 09-02-2026 00:16 | Bölmə: Gündəm

prezident-ailesine-sah-abbas-mescidinde-qurani-kerim-hediyye-etdiler



Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib.
Gəncənin mərkəzində yerləşən bu abidə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini, lakonik və ifadəli bədii-konstruktiv xüsusiyyətlərini özündə birləşdirir.
Sonda Leyla Əliyeva və Alena Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub.
Qeyd edək ki, məscid 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə bərpa olunub.










Baxış sayı: 322


Bölməyə aid digər xəbərlər