21:20 / 02-02-2026
“Velizar” həbs edildi
Bütün xəbərlər
"Axios": ABŞ İranla danışıqları Omana köçürməyə razıdır
Tarix: 04-02-2026 07:58 | Bölmə: Dünya

Axios jurnalisti Barak Ravid sosial media platforması X-də bildirib ki, ABŞ İranın iki ölkənin nümayəndələri arasında danışıqları Türkiyədən Omana köçürmək istəyini qəbul edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, tərəflər regiondakı ərəb və müsəlman ölkələrinin danışıqlarda iştirak edib-etməyəcəyini müzakirə edirlər.
Ravid qeyd edib ki, "təfərrüatlarla tanış olan bir ərəb mənbəyi ABŞ və İran arasında nüvə danışıqlarının cümə günü Omanda keçirilməsinin gözlənildiyini bildirib".
Bu arada, ABŞ prezidenti Donald Tramp ABŞ və İran nümayəndələri arasında qarşıdan gələn görüşün yerini açıqlamaqdan imtina edib. Lakin Tramp Vaşinqton və Tehranın danışıqlar apardığını qeyd edib.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov 6 fevralda İran xarici işlər naziri Abbas Əraqçi ilə görüşmək üçün İstanbula səfər edəcək.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər