Bütün xəbərlər
Norveçdə qatarlar 100-dən çox maralı məhv edib
Tarix: 27-11-2017 17:42 | Bölmə: Dünya
Norveçin şimalında son bir neçə gün ərzində qatarlar 106 maralın ölümünə səbəb olub.
Trend-in məlumatına görə, bu faktla bağlı yerli sakinlər yerli dəmir yolu şirkətinə müraciət edərək maralların çox olduğu yerdə qatarların sürətini azaltmasını tələb ediblər.
Şirkət nümayəndələri bu təklifi qəbul etsələr də, texniki səbəblərlə əlaqədar məlumatın maşinistlərə çatdırılması mümkün olmayıb.
Bölgədə marallarla bağlı sənədli film çəkən rejissor təssadüfən həmin dəhşətli mənzərəni görüb və bu səhnəni “qırğın” adlandırıb.


Baxış sayı: 822


Bölməyə aid digər xəbərlər