10:06 / 17-10-2026
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
18:59 / 16-10-2026
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
Vaxt itkisi - Qalib İBRAHİMOĞLU
Tarix: 25-11-2017 14:07 | Bölmə: Yazarlar

Müxalifət hər seçki ərəfəsində birlikdən dəm vurur. Amma boş-boşuna vaxt itirməkdən başqa bir şey deyil bu söhbətlər...
Ölkədə hansı seçki olur olsun, müxalifət düşərgəsində birinci yada düşən "birlik oyunu" olur. Yığılırlar, müzakirələr aparırlar, birlik yaradırlar, birliklərinə qəşəng-qəşəng adlar verirlər, bir müddət birgə olurlar, nəticə yenə də parçalanmaya gəlib çıxır. Artıq o vəziyyət yaranıb ki, "seçki" deyəndə "birlik" assosiasiya olunur. Birlik sözü də qiymətdən düşür. Düşərgədə bəziləri belə birliklərin olmasındansa olmamasına üstünlük verirlər. Hesab edirlər ki, hər kəs öz yoluyla getsə, daha yaxşıdır. Böyük birliklərdən dəm vuranlar birinci növbədə böyük dəyişiklik və böyül islahatlara getməlidirlər.
Ağ Partiyanın sədri Tural Abbaslı bu günə qədər olan birlik təcrübələrinə əsaslanaraq, bu dəfə də nəzərdə tutulan ideal və səmimi birlik modelinin alınmayacağını bildirir. Deyir ki, əgər şəraitin diktəsi ilə hansısa birlik yaranacaqsa da, bu, gözlənilən effekti verməyəcək. "Sadəcə olaraq, seçkidən sonra növbəti uğursuzluqları ört-basdır etmək üçün bir-birilərini ittiham etməkdən yana növbəti platforma rolu oynayacaq".
Ənənəvi formatlı birliklər xalqın müxalifətdən olan gözləntilərini və gələcəyə olan ümidlərini qırmaqdan başqa bir işə yaramır. "Biz insanlara yeni ümidlər və qələbəyə inam aşılamağa çalışmalıyıq. Bu işlərə daha çox vaxt sərf etmək lazımdır, nəinki artıq 25 ildir bir-birilərinə az qala düşmən münasibəti bəsləyən müxalif liderləri zorla bir araya gətirməyə çalışmaq".
Ümumiyyətlə, Azərbaycanda son dönəmlər seçki fəallığı və seçkilər hiss olunmur. Bu sönüklük də getdikcə artmaqdadır. AMİP katibi Əli Oruclu indiyədək istər prezident, istər parlament seçkiləri olsun, müxalifətin yaratdığı seçki birlikləri və blokları ilə uğurlu nəticələr əldə etmək mümkün olmadığını deyərək, bunun obyektiv və subyektiv səbəblərini "Yeni Müsavat"a sadalayır. "Bu, həm də ona görə belə olub ki, ölkədə normal seçki mühiti olmayıb. Təəssüf doğuran o olub ki, seçkilər bitdikdən sonra seçkidən öncə müttəfiq olan siyasi qüvvələr bir-birlərinə düşmən kəsiliblər. İndiyədək müxalifət ən yaxşı halda iki formatda birləşə bilib və heç zaman da son yaxşı olmayıb".
Bu səbəbdən də təmsil olunduğu partiyanın müxalifətin birlik çağırışlarına da, bu istiqamətdə atılan addımlara da çox həssas və ölçülüb-biçilmiş şəkildə yanaşdığını bildirir. "Fikrimcə, əsas diqqət və hədəf ölkədə demokratik seçki, azad siyasi rəqabət mühiti yaradılması olmalıdır. Bu yöndə əməkdaşlığa, geniş fəaliyyətə ehtiyac var. Əks təqdirdə, nə birliklər, nə vahid namizədlər məsələsi ətrafında müzakirələr səmərəsiz vaxt itkisindən başqa bir şey deyil".
Doğrudan da müxalifətin birlik söhbəti elə vaxt itkisidir ki, var...
Baxış sayı: 5 410
Bölməyə aid digər xəbərlər

24-09-2023, 01:27
Heydər Əliyev və gömrük sistemində islahatlar-Namiq MƏMMƏDOV
7-09-2023, 23:28
Baydenin yerini tutmağa hazır olduğunu dedi
4-04-2020, 02:34
"Kaş insanın rastına həmişə bu cür alicənab dostlar çıxa"-JURNALİST ƏMRAH FƏQANOĞLU YAZIR
25-11-2017, 14:07
Vaxt itkisi - Qalib İBRAHİMOĞLU
15-11-2017, 21:42
Üzə tüpürmək asandır, yoxsa sözə?...NAMİQ HƏSƏNOV YAZIR...
15-11-2017, 09:46
Mətanət ƏLİYEVA - Bakı və Cocuq Mərcanlı
14-11-2017, 16:59
Qalib İBRAHİMOĞLU - Döyülən zamin - Qalib İBRAHİMOĞLU