20:25 / 13-07-2026
Polşa öz kosmik gəmisini qurmağı planlaşdırır
20:23 / 13-07-2026
Türkiyəyə satılan Rusiya "S-400"ləri BƏƏ və ABŞ bazalarının təhlükəsizliyini gücləndirəcək
20:18 / 13-07-2026
Rusiya səfirini kiberhücumlar səbəbindən çağırdı
20:12 / 13-07-2026
Tramp İranı son anda müqaviləni dəyişdirməyə çalışmaqda günahlandırdı
20:07 / 13-07-2026
Yaralı gənclər siyasəti nazirinin vəziyyəti açıqlanıb
20:05 / 13-07-2026
İki qızın öldüyü qaçış otağının sahibinə hökm oxunub
20:02 / 13-07-2026
11 nəfər 27 ton süd oğurlamaqda ittiham olunub
19:59 / 13-07-2026
Krımda yanacağın vəziyyəti gərgin olaraq qalır
19:57 / 13-07-2026
Avropanın hərəkətləri onun Rusiya qazına ehtiyacı olduğunu göstərir
19:52 / 13-07-2026
İsveçrəli futbolçunun Dünya Kubokunda meydandan qovulması ilə bağlı mübahisəli məsələni izah etdi
19:45 / 13-07-2026
Mütəxəssislər Yaxın Şərqdə ən təhlükəsiz ölkələrin adını açıqladılar
19:43 / 13-07-2026
Federasiya Şurası ABŞ ilə münaqişədə İranın növbəti addımını açıqladı
19:40 / 13-07-2026
Hörmüz boğazının bağlanmasının niyə əlverişsiz olduğu məlum olub
19:36 / 13-07-2026
İran rəhbərliyinin hücumlar üçün hədəfləri necə seçdiyini izah etdi
19:32 / 13-07-2026
İnsan boyda tuna balığı tutuldu
19:29 / 13-07-2026
Rusiyanın İrana yardımının heç vaxt dayanmadığını bildirdi
19:26 / 13-07-2026
ABŞ-ın Hörmüz boğazına nəzarət etmək üçün nəyə ehtiyacı olduğunu izah etdi
19:23 / 13-07-2026
Almaniya səfirinə Berlinin Ukrayna Silahlı Qüvvələrinə qarşı terror hücumlarında iştirakının yolverilməzliyi barədə xəbərdarlıq edib
19:19 / 13-07-2026
Tramp Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etmək niyyətində olduğunu açıqladı
19:16 / 13-07-2026
Yeniyetmə qız qatarın vurması nəticəsində ölüb
23:44 / 12-07-2026
Türkiyədə qida zəhərlənməsindən sonra təxminən 30 turist xəstəxanaya yerləşdirilib
23:33 / 12-07-2026
WP: İran hücumundan sağ qalan ABŞ hərbçiləri komandirləri xəyanətdə ittiham edirlər
20:38 / 12-07-2026
FIFA Dünya Kubokunu 64 komandaya genişləndirə bilər
20:34 / 12-07-2026
ABŞ-dan Rusiyaya qadın geyimləri göndərilməsi üç dəfə artıb
20:32 / 12-07-2026
Motorlu gəminin toqquşması ilə bağlı araşdırma başlanıb
20:27 / 12-07-2026
"Reuters": Almaniya 50.000 hücum dronuna 90 milyon avro ayıracaq
20:24 / 12-07-2026
Putini toyuna dəvət edən jurnalist evləndi
20:20 / 12-07-2026
Xust Ticarət Mərkəzinin işçisi öldürülüb
20:17 / 12-07-2026
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
20:15 / 12-07-2026
Hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşarkən iki pilotsuz təyyarəni vurdu
20:12 / 12-07-2026
Rusiya zəlzələ qurbanları üçün Venesuelaya 22 ton humanitar yardım çatdırdı
20:10 / 12-07-2026
Dövlət Duması Kubanın gələcəyinə inamını qeyd etdi
20:07 / 12-07-2026
Ekspert Sidorov: "Seçkilərdən əvvəl Qrehemin ölümü Tramp üçün pis hadisədir"
10:39 / 12-07-2026
ABŞ qüvvələri İrana qarşı yeni zərbələrdə təxminən 140 hədəfə hücum etdi
10:36 / 12-07-2026
İran Omandakı ABŞ təyyarə gəmilərinin dəstək obyektlərinə vuruş etdi
10:33 / 12-07-2026
Makqreqorun Hollovey ilə döyüşdə aldığı zədənin təbiəti açıqlandı
10:29 / 12-07-2026
Argentina - İsveçrə matçının ən yaxşı oyunçusu Messi deyil
10:26 / 12-07-2026
Opta 2026 Dünya Kuboku superkompüter proqnozunu yenilədi
10:24 / 12-07-2026
Podpolkovnik Devis bildirib ki, ABŞ-ın Kiyevə çatdırılması səbəbindən "PAC-3" raketləri çatışmır
Döyülən zamin - Qalib İBRAHİMOĞLU
Tarix: 14-11-2017 16:59 | Bölmə: Yazarlar

Əvvəllər bankdan kredit götürənlərə zamin durmağa nə varıydı? Adam vaxtlı-vaxtında borcunu qaytarır, bank da nə onu, nə də elə zamin kimi səni narahat edirdi. Amma indi...
Bir neçə gün əvvəl bankdan kredit götürən bir nəfərə zamin duran qadının həbsindən yazmışdım. Demişdim ki, belə getsə, heç kəs heç kəsə zamin durmayacaq. Dünən oxuduğum xəbərdən sonrasa bu fikrimdə əminlik yarandı.
Tovuzda qadın kredit üstə döyülüb. Yəqin, düşünəcəksiniz ki, həmin qadın bankdan kredit götürüb, dollar da ceyran belinə minəndən sonra adam borcunu qaytara bilməyib. Həmin qadın da banka gedərək, bunu ordakılara demək istəyib, bank işçiləri ilə sözü çəp gəlib və döyülüb. Tələsməyin, hadisə elə olmayıb.
Təbii ki, qadının döyülməsində təqsirkar elə bankdır. Hadisə də Tovuzun Alakol kəndində baş verib. Belə ki, kənd sakini, 1950-ci il təvəllüdlü Hüseynova Qüdrət Annağı qızı qapalı kəllə beyin travması ilə komatoz vəziyyətdə xəstəxanaya çatdırılıb.
Araşdırmalar zamanı məlum olub ki, Q.Hüseynova qonşusu tərəfindən döyülüb. Demə, Q.Hüseynovanın qonşusu bankların birindən kredit götürmək istəyərkən, "yaxın qonşu uzaq qohumdan irəlidir" prinsipiylə qonşusundan ona zamin durmasını xahiş edib. Q.Hüseynova da "qonşu yaxşı gündə də, dar gündə də qonşu olmalıdır" deyərək, ona zamin dayanıb. Bir müddətdən sonra qonşu banka olan borcunu ödəməyib və nəticədə də bank zaminin maaş kartından həmin məbləği tutub.
"İsinmədim istisinə, kor oldum tüstüsünə" buna deyərlər. Pul götürən, xərcləyən qalıb bir qıraqda, onun borcunu mən niyə ödəyim, axı? Elə Q.Hüseynova da bu sualı öz-özünə verə-verə qonşugilə gedib. Hal-əhvaldan sonra baş verənləri danışıb qonşusuna və axırda da deyib ki, bəs ay qonşu, o pulu ver. Güman ki, qonşu da "borcu verə bilsəydim, elə banka ödəyərdim də" deyərək, bundan boyun qaçırıb. Belə olanda kredit götürənlə zamin, yəni qonşular arasında mübahisə yaranıb və... Və kredit götürən zamini xüsusi amansızlıqla döyüb. Nəticədə qadın zərbələrdən qapalı kəllə beyin travması alıb və komaya düşüb.
Hazırda xəstəxanada olan qadının vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Bankdan götürülən kredit, qaytarılmayan borc gor qonşularını bir-birinə düşmən etdi. Allaha and olsun, bundan sonra qardaş qardaşa belə zamin durmağa ehtiyat edəcək ki, birdən qardaşı krediti qaytara bilməz və Tovuzda baş verən hadisə onların da başına gələr.
Nəsə, şükür ki, nə kiməsə zamin dayanmışam, nə də kimsə mənə zamin durub...
Baxış sayı: 5 016
Bölməyə aid digər xəbərlər

24-09-2023, 01:27
Heydər Əliyev və gömrük sistemində islahatlar-Namiq MƏMMƏDOV
7-09-2023, 23:28
Baydenin yerini tutmağa hazır olduğunu dedi
4-04-2020, 02:34
"Kaş insanın rastına həmişə bu cür alicənab dostlar çıxa"-JURNALİST ƏMRAH FƏQANOĞLU YAZIR
25-11-2017, 14:07
Vaxt itkisi - Qalib İBRAHİMOĞLU
15-11-2017, 21:42
Üzə tüpürmək asandır, yoxsa sözə?...NAMİQ HƏSƏNOV YAZIR...
15-11-2017, 09:46
Mətanət ƏLİYEVA - Bakı və Cocuq Mərcanlı
14-11-2017, 16:59
Qalib İBRAHİMOĞLU - Döyülən zamin - Qalib İBRAHİMOĞLU