Bütün xəbərlər
Sumqayıtda “Multikulturalizm diyarı Azərbaycan” mövzusunda dəyirmi masa keçirildi
Tarix: 06-09-2019 02:24 | Bölmə: Mədəniyyət

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər Evində “Multikulturalizm diyarı Azərbaycan” mövzusunda dəyirmi masa keçirilmişdir. Məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrası, gənclər arasında yüksək humanist dəyərlərin, ümumbəşəri dəyərlərin, sülhsevərliyin təbliğ edilməsi olmuşdur.
Tədbirdə çıxış edən Baş İdarənin əməkdaşı Pərvin Rəsulov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov Azərbaycanda multikulturalizmin inkişafından, ölkədə mövcud ənənəvi İslam dəyərlərinin düzgün təbliğinin aparılması istiqamətində görülən işlərdən, xalqımızın multikultural dəyərlərə sadiqlik nümayiş etdirməsindən, dünyəvi və demokratik dövlət olaraq Azərbaycanda dini etiqad azadlığının təmin olunmasından ətraflı danışdılar. Bildirildi ki, Azərbaycanda multikulturalizmin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, onun hakimiyyəti dövründə ölkədə dinindən və milliyətindən asılı olmayaraq bütün xalqlar rifah və firavanlıq içərisində yaşamışdır. Ulu Öndər respublikamızda multikulturalizm siyasətini uğurla həyata keçirmiş və bu siyasət hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir.Ölkəmizdə yaşayan müxtəlif millətlərin və etnik azlıqların bərabərhüquqlu olması, yəni onlara yerli əhali ilə müqayisədə fərq qoyulmaması ölkədə multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinin əyani sübutudur.
Tədbirdə maraqlı müzakirələr aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb və sonda iştirakçılara maarifləndirici xarakterli bukletlər paylanılıb.
Sabaha-inamla.Az



Baxış sayı: 635


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya