Bütün xəbərlər
Murad Arifə nə olub?
Tarix: 15-08-2019 14:20 | Bölmə: Mədəniyyət
Murad Arifə nə olub?


"Ucsuz, bucaqsız, sonsuz bir kainatın ortasında nöqtə boyda bir planet yaransın... İçində milyonlarla orqanizm var olsun, bitsin... Həyat isə yalnız sənin bəxtinə düşən o zaman kəsiyində müvəqqəti anlam tapsın...".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Murad Arif İnstaqram hesabında yazıb. O, daha sonra kainatla bağlı düşüncələrinə belə davam edib:
"Kimik? Bu adamlar kimdir? Haradan gəldik? Niyə buraya gəldik? Məqsədimiz nə idi? Hara gedirik? Gedənlər indi haradadır? Cavabsız (mənasız) yaşamaqdırmı bizimki? Hər şey sənlə başlanıb, bitəcəkmi? Sonra nə olur? Günəş doğarmı? Kimsə yada salarmı? Hər şeyi düz etdinmi? Düz nə idi ki? Düşündükcə batırsan...".
Onun bu fikirlərinə məşhurlar da biganə qalmayıb. Samir Piriyev M. Arifin bu düşüncələrdən uzaqlaşmasını istəyib:
"Deməli, sən də axtarışdasan. Yeni əsrin dərvişi, aramıza xoş gəldin. Axtarışa davam et, istəsən numerologiya və astronomiya elmlərinə də müraciət et, bəlkə nəsə tapa bildin. Nəsimişünaslara yanaş bəlkə bir qismini orda tapdın. Əgər fikrimi bilmək istəsən, ağrımayan başını ağrıtma, rahat həyatını yaşa. Amma yenə də seçim sənindir".
Aparıcı Cavid Gül isə M.Arifin fikirlərinə belə münasibət bildirib:
"İnsan arzularına çatanda və ya dinin dərinliyinə gedəndə bu həyatın mənasızlığını, boşluğunu hiss edir".


Baxış sayı: 666


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya