Bütün xəbərlər
Lalə və İlqar getdi, Pərvinlə Sənan gəldi
Tarix: 06-05-2019 12:47 | Bölmə: Mədəniyyət
Lalə və İlqar getdi, Pərvinlə Sənan gəldi

"ATV səhər" verilişinin aparıcıları arasında növbəti dəyişiklik baş verib.
Axşam.az-ın məlumatına görə, proqrama bir müddətdir aparıcılıq edən Lalə Azərtaş verilişdən uzaqlaşdırılıb. Onunla birgə tərəf müqabili olan İlqar Mikayıloğlu da artıq efirə çıxmır.
Lalə və İlqardan sonra verilişə Pərvin Əsgərli və Sənan Şəfizadə aparıcılıq edir. "ATV səhər"in digər aparıcıları isə Jalə Həsənli və Tural Əzimovdur.
Qeyd edək ki, “ATV səhər”in aparıcıları arasında tez-tez dəyişiklik olur. Bundan əvvəl proqrama Yusif Ağayev, Əkbər Əlizadə, Azər Axşam və Şahin Əliyev də aparıcılıq edib.






Baxış sayı: 961


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya