Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Tarix: 17-10-2019 17:46 | Bölmə: Gündəm

               Vilayət Eyvazov generalı təqaüdə göndərdi


Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, H.Heydərov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə hələlik təyinat olunmayıb.
DİN-in Mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, H.Heydərov İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə 2017-ci il yanvar ayının 27-də təyin edilib.
            


Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər