Bütün xəbərlər
Sumqayıt şəhər Cümə məscidində ilin yekununa aid və növbədən kənar prezident seçkiləri ilə bağlı regional iclas keçirilib-FOTOLAR
Tarix: 26-01-2024 22:38 | Bölmə: Gündəm

Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hacı Rauf Sərdarovun təşkilatçılığı ilə Sumqayıt şəhər Cümə məscidində ilin yekununa aid və növbədən kənar prezident seçkiləri ilə bağlı regional iclas keçirilib.
Sabaha-inamla.az xəbər verir ki, iclasda bölgədə olan dini konfessiyalar, dini icmalar ruhanilər, şəhər ictimaiyyəti, ziyalılar iştirak ediblər.
İclas Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış və daha sonra umumilider Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqik sükutla yad edilib.
Daha sonra Qurani -Kərimdən surə tilavət edilib.
İclasda iştirak edənlərə Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin müraciəti oxunmuş və qarşıda duran öhdəliklərlə bağlı bölgə qazısının təlimatları verilib.
Sabaha-inamla.az





Baxış sayı: 258


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı