Bütün xəbərlər
Mehriban Əliyevadan Həmrəylik Günü və Yeni il təbriki - Foto
Tarix: 31-12-2023 14:21 | Bölmə: Gündəm

                      mehriban-eliyevadan-hemreylik-gunu-ve-yeni-il-tebriki



Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni illə bağlı paylaşım edib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, M.Əliyeva bunu sosial media hesabında yazıb.
“Əziz bacılar və qardaşlar!
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Qoy, dünya azərbaycanlılarını hər zaman Vətənimizə olan ən nurlu, ən xoş hisslər, ölkəmizin uğurları, nailiyyətləri və qələbələri ilə qürur hissi birləşdirsin. Uca Tanrıdan hər bir vətəndaşımıza möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə isə sülh, tərəqqi və əmin-amanlıq diləyirəm.
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”, - deyə, paylaşımda qeyd edib.


 Bizi Telegramda izləyin


Baxış sayı: 194


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı