23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
19:09 / 08-10-2026
Bir ana və onun azyaşlı oğlu təqaüdçüləri öldürməkdə ittiham olunurlar
19:05 / 08-10-2026
Rubio Ukraynadakı münaqişənin genişlənmə riski barədə xəbərdarlıq etdi
19:01 / 08-10-2026
Slovakiyanın Baş naziri Avropa Parlamentindən Qızıl Tramp heykəlinin çıxarılmasını gözləyir
18:57 / 08-10-2026
Botanika bağında ayı izləri aşkar edilib, ərazi bağlanıb
18:53 / 08-10-2026
Polşada bir qadını bıçaqlayan yeniyetmənin başında videokamera olan dəbilqə var idi
18:48 / 08-10-2026
Xarici avtomobildə olan yeniyetmə polisdən yayınmağa çalışıb
18:45 / 08-10-2026
Kaşpirovskinin qohumları onu Ukraynada dəfn etmək istəyirlər
18:42 / 08-10-2026
Belarus Xarici İşlər Nazirliyi Bryansk yaxınlığındakı hücumu Minskin münaqişəyə cəlb edilməsi cəhdi adlandırıb
18:35 / 08-10-2026
Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanı mikrofonunu kəsməkdə günahlandırdı
18:31 / 08-10-2026
Fiqurlu konkisürən Trusova Almatıda qüsursuz qısa proqramda konkisürmə etdi
18:23 / 08-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
20:20 / 07-10-2026
Rusiyalı paraşütçü turist Türkiyədə vəfat etdi
Sadiq Qurbanov neftçiləri təbrik edib
Tarix: 20-09-2026 16:31 | Bölmə: Sosial

Əziz həmvətənlər!
Əziz neftçilər!
20 sentyabr Azərbaycan tarixində dövlətçilik iradəsi, milli enerji strategiyası və böyük iqtisadi quruculuq mərhələsi ilə bağlı möhtəşəm bir tarixdir. Bu gün Azərbaycanın neft salnaməsini öz zəhməti, peşəkarlığı və fədakarlığı ilə yazan neftçilərimizin peşə bayramıdır.
Bu əlamətdar gün münasibətilə Azərbaycan neft sənayesinin bütün əməkdaşlarını, neft sənayesinin veteranlarını, mühəndisləri, geoloqları, qazma mütəxəssislərini, texniki heyəti, fəhlələri və bu böyük sahənin inkişafına öz əməyini verən hər bir həmvətənimizi ürəkdən təbrik edirəm.
20 sentyabrın tarixi mənası 1994-cü il sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi” ilə başlayaraq Azərbaycanın müasir dövlətçilik salnaməsində geniş bir inkişaf xətti yaradıb. Bu qərar ölkəmizin enerji resurslarının beynəlxalq əməkdaşlıq müstəvisinə çıxarılmasına, böyük investisiyaların cəlb edilməsinə, müasir texnologiyaların tətbiqinə və milli kadr potensialının formalaşmasına güclü təkan verdi.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi Yeni Neft Strategiyası Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmlənməsində fundamental rol oynadı. Xəzərin Azərbaycan sektorunda həyata keçirilən layihələr, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, ardınca “Şahdəniz” layihəsi və Cənub Qaz Dəhlizi Azərbaycanın enerji imkanlarını beynəlxalq miqyasda genişləndirdi. Bu böyük strategiyanın hər mərhələsində Azərbaycan neftçisinin zəhməti, biliyi və peşəkarlığı dayanır.
Xəzərin qoynunda çalışan neftçi, mürəkkəb qazma proseslərini idarə edən mühəndis, yataqların potensialını araşdıran geoloq, istehsalatın fasiləsizliyini təmin edən texniki mütəxəssis və müasir texnologiyalar üzərində çalışan gənc kadr birlikdə Azərbaycanın müasir neft sənayesinin canlı salnaməsini yaradır. Bu salnamənin nəticələri böyükdür.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsi çərçivəsində milyardlarla dollarlıq investisiyalar həyata keçirilib, yüz milyonlarla ton neft hasil olunub, böyük həcmdə səmt qazı əldə edilib və Azərbaycan iqtisadiyyatına mühüm gəlirlər daxil olub. Azərbaycanın enerji infrastrukturu genişlənib, yeni ixrac marşrutları formalaşıb, milli mühəndislik və texniki kadr məktəbi güclənib.
Prezident İlham Əliyevin 2019-cu ildə “Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə keçirilən mərasimdə söylədiyi “Neft, qaz tükənən sərvətlərdir. İntellektual potensial, bilik, savad, səriştə, təcrübə isə dəyişməz sərvətdir” fikri də bu baxımdan böyük məna daşıyır.
Bu gün Azərbaycan neftçisinin ən böyük sərvətlərindən biri məhz həmin intellektual və peşəkar potensialdır.
Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi ilə müəyyənləşdirilən enerji strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələlərə yüksəlib. Azərbaycan neft və qaz layihələrindən əldə etdiyi imkanları iqtisadi inkişafın, infrastruktur quruculuğunun, insan kapitalının və dövlətin strateji gücünün möhkəmlənməsinə yönəldib.
Bu proses Azərbaycanın ən böyük tarixi hadisələrindən biri olan Qarabağ Zəfərinə aparan dövlətçilik yolunda da mühüm iqtisadi zəmin formalaşdırıb.
Prezident İlham Əliyev bu barədə çox mühüm fikir söyləyib: “Heydər Əliyev neft strategiyası bu gün imkan verir ki, biz inkişaf edək, imkan verir ki, biz Qarabağı, Zəngəzuru yenidən quraq.”
Bu fikir Azərbaycanın enerji tarixinin Qarabağ Zəfəri və Böyük Qayıdış dövrü ilə əlaqəsini aydın şəkildə ifadə edir.
Güclü iqtisadiyyat, böyük maliyyə imkanları, müasir ordu, müdafiə sənayesinin inkişafı və dövlətin strateji layihələri uzun illər ərzində formalaşan imkanların nəticəsi kimi meydana gəlib. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan dövlətinin siyasi iradəsini, xalqımızın birliyini, ordumuzun gücünü və uzunmüddətli dövlət strategiyasının nəticələrini bütün dünyaya göstərdi.
Bu böyük tarixi prosesdə neft sənayesinin yaratdığı iqtisadi imkanların da xüsusi yeri var. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri də həmin iqtisadi potensialın yeni mərhələdə milli inkişaf məqsədlərinə yönəldilməsinin parlaq nümunəsidir.
Beləliklə biz qətyyətlə deyə bilərik ki, 20 sentyabr tarixinin mənası Azərbaycanın enerji tarixindən başlayaraq iqtisadi inkişaf, insan kapitalı, dövlət gücü, milli təhlükəsizlik, Qarabağ Zəfəri və Böyük Qayıdış mərhələlərinə qədər uzanan bütöv bir dövlətçilik xəttində öz ifadəsini tapır.
Bu xəttin başlanğıcında Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, davamında Prezident İlham Əliyevin strateji rəhbərliyi və bütün mərhələlərində Azərbaycan insanının zəhməti dayanır.
Azərbaycan neftçisi bu böyük tarixi prosesin mühüm iştirakçısıdır. Sizin əməyiniz Xəzərin dərinliklərində başlayır, istehsalat sahələrində davam edir, enerji kəmərləri ilə dünyanın müxtəlif istiqamətlərinə uzanır və nəticə etibarilə, Azərbaycanın iqtisadi qüdrətində öz ifadəsini tapır.
Bu əməyin nəticəsində Azərbaycan beynəlxalq enerji sistemində mühüm mövqeyə yüksəlib, etibarlı enerji tərəfdaşı kimi nüfuz qazanıb, milli iqtisadiyyatının inkişafı üçün geniş imkanlar əldə edib.
Bu gün biz həmin tarixi yolun nəticələrini daha böyük miqyasda görürük. Azərbaycan öz enerji resurslarını milli maraqlar əsasında idarə edən, beynəlxalq enerji layihələrində fəal iştirak edən, yüksək ixtisaslı mütəxəssislər yetişdirən və əldə etdiyi iqtisadi imkanları dövlət quruculuğunun müxtəlif istiqamətlərinə yönəldən güclü dövlətdir. Bütün bunların içərisində Azərbaycan neftçisinin zəhməti xüsusi ehtiramla xatırlanmalıdır. Çünki böyük strategiyalar insan əməyi ilə həyata keçir. Böyük layihələr peşəkar insanların bilik və bacarığı ilə reallaşır.
Böyük dövlətçilik nəticələri isə nəsillərin ardıcıl və məsuliyyətli əməyindən yaranır.
Əziz neftçilər!
Sizi bir daha 20 Sentyabr – Neftçilər Günü münasibətilə ürəkdən təbrik edirəm!
Sizin fəaliyyətiniz ölkəmizin enerji təhlükəsizliyinə, iqtisadi inkişafına və dövlətimizin strateji imkanlarının genişlənməsinə mühüm töhfə verir.
Hər birinizə dərin minnətdarlığımı bildirirəm.
Sizə möhkəm cansağlığı, ailələrinizə səadət və firavanlıq, fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Qoy Azərbaycan neftçisinin zəhməti gələcək nəsillərin həyatında, ölkəmizin iqtisadi inkişafında və dövlətimizin daha böyük uğurlarında öz layiqli əksini tapsın.
Uğurlarınız daim Azərbaycanın uğurlarına çevrilsin!
Peşə bayramınız mübarək!
Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Baxış sayı: 196
Bölməyə aid digər xəbərlər

Bu gün, 23:18
Murad dünya üçüncüsü oldu
Bu gün, 18:23
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
6-10-2026, 19:13
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib