17:37 / 14-09-2026
Ər arvadını boğub
Bütün xəbərlər
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
Tarix: 15-09-2026 18:33 | Bölmə: Sosial

 Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Denis Loqunov RİA Novosti-yə bildirib ki, artıq iki xəstəyə Rusiya dəri xərçəngi peyvəndi vurulub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, xərçəng peyvəndi indiyə qədər yalnız melanoma əleyhinə hazırlanıb.
"Bu, bir növ şişdir... Və bu il biz onu artıq iki xəstəyə vurmuşuq".
LOQUNOV BUNU BEYNƏLXALQ GƏNCLƏR FESTİVALI ÇƏRÇİVƏSİ KEÇİRİLƏN "BİLİK. İLK" MARAFONUNDA DEYİB.
Dəqiqləşdirilib ki, ilk fərdiləşdirilmiş şiş əleyhinə mRNA peyvəndi olan "Neooncovac" bu ilin aprel ayında bir xəstəyə vurulub. Bu, Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzində həyata keçirilib. Qeyd olunur ki, peyvənd Rusiya Səhiyyə Nazirliyinin Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin iştirakı ilə hazırlanıb.
Beynəlxalq Gənclər Festivalı 11-17 sentyabr 2026-cı il tarixlərində Yekaterinburqda "Xəyalınızın ardınca gedin" devizi altında keçiriləcək.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər
27-08-2026, 20:16 Turist dağlarda azıb