Bütün xəbərlər
Hicran Əliməmmədova: “İstedadın sərhədi yoxdur, yaradıcılığın qarşısında məhdudiyyət yoxdur”
Tarix: 24-09-2024 20:41 | Bölmə: Sosial

Bakı Şəhər Qan İnstitutunda həyata keçirilən “Məhdudiyyətsiz incəsənət” layihəsinin reallaşdırılmasında “Dayaq Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Hicran xanım Əliməmmədovanın da böyük rolu olmuşdur.
Layihənin əsas məqsədi incəsənətə marağı və istedadı olan gənclərin yaradıcılıq imkanlarının dəstəklənməsi, onların cəmiyyətə inteqrasiyasına töhfə vermək və hər bir insanın öz istedadını sərbəst şəkildə ifadə edə bilməsi üçün bərabər imkanların yaradılmasıdır.
Hicran Əliməmmədova layihənin həyata keçirilməsi prosesində fəal iştirak edərək təşkilati məsələlərin həllinə, iştirakçıların dəstəklənməsinə və layihənin uğurla reallaşmasına öz töhfəsini vermişdir.
Onun təşəbbüskarlığı, sosial məsuliyyəti və gənclərə göstərdiyi diqqət “Məhdudiyyətsiz incəsənət” layihəsinin məqsədlərinə çatmasına mühüm dəstək olmuşdur.
“Bu layihə bir daha göstərdi ki, istedadın sərhədi yoxdur, yaradıcılığın qarşısında məhdudiyyət yoxdur. Yetər ki, insana inanmaq, onun bacarığını görmək və inkişafı üçün imkan yaratmaq mümkün olsun”,- deyə Hicran Əliməmmədova bildirib.
“Dayaq” Sosial Maarifləndirmə İctimai Birliyi bundan sonra da gənclərin, istedadlı insanların və sosial dəstəyə ehtiyacı olan şəxslərin yanında olmağa, onların imkanlarının genişləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcəkdir.



Baxış sayı: 11


Bölməyə aid digər xəbərlər
27-08-2026, 20:16 Turist dağlarda azıb