Bütün xəbərlər
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
Tarix: 01-09-2026 22:06 | Bölmə: Sosial

Bu gün-1 sentyabr Azərbaycan Respublikasının Silahlı Qüvvələrinim general-mayoru Hilal Nəcəfovun doğum günüdür.
 1 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Əslən Xızının Əmbizlər kəndindəndir.
1984-1987-ci illərdə C. Naxçıvanski adına hərbi liseydə, 1987-1991-ci illərdə Daşkənddə hərbi məktəbdə təhsil alıb.
Birinci və İkinci Qarabağ müharibəsində iştirak edib. 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin 20 iyun 2017-ci il tarixli sərəncamı ilə H.Nəcəfova general-mayor ali hərbi rütbəsi verilib. 
O, ölkənin təhlükəsizliyinin təmin olunması, həmçinin şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə görüşlər, ziyarətlər həyata keçirilməsi istiqamətində fəaliyyəti ilə tanınır. 
General Hilal Nəcəfovu səmimi qəlbdən təbrik edirik ona uzun ömür, can sağlığı arzulayırıq!
Sabaha-inamla.az
                



Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər
27-08-2026, 20:16 Turist dağlarda azıb