Bütün xəbərlər
Qobu Qəsəbə Xəstəxanasında Vərəm Xəstəliyinin Profilaktikasına Dair Sanitar Maarifləndirmə Tədbiri Keçirilib
Tarix: 06-07-2022 21:37 | Bölmə: Sosial

“SƏHHƏT” İctimai Fondu tərəfindən həyata keçirilən “Vərəm xəstəliyinin profilaktikası məqsədi ilə əhali arasında sanitar maarifləndirilmənin təşkili” layihəsi çərçivəsində növbəti tədbir 06 iyul 2022-ci il tarixində Abşeron rayonunun Qobu qəsəbə xəstəxanasında baş tutmuşdur. Tədbirdə xəstəxananın baş həkimi, həkim-mütəxəssislər, baş tibb bacıları və digər tibb heyəti fəal iştirak etmişdir. Görüşün əsas məqsədi əhali arasında vərəm xəstəliyinə dair məlumatlılığın artırılması, risk faktorlarının vaxtında müəyyən olunması və profilaktik tədbirlərin sistemli təşkilini müzakirə etməkdən ibarət olmuşdur. Tədbir zamanı diqqət yetirilən əsas istiqamətlər:  Vərəmin yaranma səbəbləri, yoluxma yolları və ilk simptomları;  Xəstəliyin erkən mərhələdə aşkar edilməsi və vaxtında tibbi müayinə olunmağın vacibliyi;  Şəxsi gigiyena qaydaları, mühitin havalandırılması və sağlam həyat tərzinin qorunması. Mütəxəssislər tərəfindən iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmış, ilkin səhiyyə xidmətində sanitar-maarifləndirmə işinin gücləndirilməsi istiqamətində vacib tövsiyələr verilmişdir.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər