Bütün xəbərlər
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
Tarix: 14-08-2026 17:48 | Bölmə: Sosial

Vətən sevgisi kiçik qəlblərdə böyüyən ən böyük xəzinədir!
Bu gün "Nağıllar Aləmi" uşaq bağçasında balaca fidanlarımız üçün çox xüsusi bir gün yaşandı. Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvləri, peşəkar rəssam Məhər Məhərrəmov və dekorativ tətbiqi sənət ustası Sona xanım Məhərrəmova (Hüseynzadə) tərəfindən bağçanın balaca sakinləri üçün ustad dərsi təşkil edildi.
Uşaqlar böyük həvəslə rəngli kağızları qatlayaraq müxtəlif formalarda güllər və dəniz dalğaları üzərində üzən gəmilər hazırladılar. Bu yaradıcılıq prosesi sadəcə bir əl işi deyil, eyni zamanda uşaqların estetik dünyasını və incəsənətə olan marağını artıran gözəl bir təcrübə oldu. Hazırladığımız bu əl işləri vasitəsilə biz sevgimizi ən müqəddəs rənglərimizə — üçrəngli bayrağımıza köçürdük. Hər bir kağız qatlamasında bir sevgi, hər bir detalda isə Vətən eşqi var. Gələcəyimiz olan uşaqlara Vətən sevgisini aşılamaq və onları milli ruhda böyütmək bizim ən böyük məqsədimizdir.
Ustad dərslərimizə dəvətlə qoşulun!
"Nağıllar Aləmi" uşaq bağçası ilə baş tutan bu gözəl təcrübə bizə bir daha göstərdi ki, uşaqların dünyası nağıllar qədər rəngarəngdir. Biz peşəkar rəssamlar olaraq, uşaq bağçalarından və təhsil mərkəzlərindən gələn bu cür yaradıcı dəvətləri hər zaman böyük məmnuniyyətlə qəbul edirik.
Siz də məkanınızda balacalar üçün unudulmaz bir incəsənət günü yaşatmaq, onları peşəkar rəssamlarla bir araya gətirmək istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz.Gəlin, birlikdə uşaqların dünyasını daha da rəngləndirək!

Sabaha-inamla.az  











Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər