10:16 / 11-08-2026
Uşağı xilas etdilər
Bütün xəbərlər
Bir neçə nəfər fast food restoranında zəhərlənib
Tarix: 12-08-2026 10:42 | Bölmə: Sosial

 Yakutskda bir neçə nəfər, o cümlədən uşaqlar, fast food restoranındakı yeməkdən zəhərlənib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Saxa Respublikası (Yakutiya) Prokurorluğunun mətbuat xidməti məlumat verib.Zərərçəkənlər bağırsaq infeksiyası əlamətləri ilə tibbi yardıma müraciət ediblər.
İlkin araşdırmalar nəticəsində müəyyən edilib ki, şəxslər Yakutskda küçə yemək məntəqəsindən alınan hazır qidanı yedikdən sonra özlərini pis hiss ediblər.
AGENTLİYİN MƏTBUAT XİDMƏTİ BU HAQQINDA "MAX" MESSENGER-də XƏBƏR VERİB.
Şəhər prokurorluğu sanitariya və epidemioloji qanunlara və istehlakçı hüquqlarına riayət olunmasını qiymətləndirmək üçün araşdırmaya başlayıb.




Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər