10:16 / 11-08-2026
Uşağı xilas etdilər
Bütün xəbərlər
Rusların Türkiyədə Şengen vizası alması getdikcə çətinləşir
Tarix: 12-08-2026 10:22 | Bölmə: Sosial


 Rusiya vətəndaşlarının Türkiyədə Şengen vizası alması getdikcə çətinləşir - ölkədəki bəzi AB səfirlikləri rusların müraciətlərini qəbul etməkdən imtina edir, RİA Novosti xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əlavə, sənədləri təqdim etmək üçün vaxtın alınması bir neçə ay çəkə bilər. Mərkəzlərin veb saytlarında da fasilələr yaranır və daxil edilmiş məlumatlar itirilə bilər.
Agentliyin məlumatına görə, heç bir Avropa konsulluğu Türkiyədə daimi yaşamayan və ya yaşayış icazəsi olmayan ruslardan sənədləri qəbul etməyəcək.
İtaliya və İspaniya konsulluqları yaşayış icazələrinin növü və etibarlılığı üçün ən sərt tələblər tətbiq ediblər.
İyulun əvvəlində Slovakiya idman istisna olmaqla, demək olar ki, bütün istiqamətlər üzrə Rusiyadan gələn turistlərə Şengen vizalarının verilməsini müvəqqəti olaraq dayandırdı.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər