Bütün xəbərlər
Kiyev qışa hazırlaşmaq üçün bank krediti götürdü
Tarix: 10-08-2026 18:46 | Bölmə: Sosial


 Ukrayna dövlət mülkiyyətində olan Oschadbank (Əmanət Bankı) Ukrayna paytaxtının qışa hazırlaşmaq üçün kredit xətti açdığını bank öz saytında açıqladı. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 2,5 milyard qrivna (55,7 milyon ABŞ dolları və ya 4,6 milyard rubl) məbləğində kredit Kiyevteploenerqo obyektlərinin dayanıqlı fəaliyyətini maliyyələşdirmək üçün verilib. Bu şirkət Ukrayna paytaxtının əsas istilik təchizatçısıdır.
Kredit müqaviləsi 31 dekabr 2028-ci ilə qədər qüvvədədir.
Paytaxtın büdcə kəsiri nəzərə alınmaqla ayrılan vəsait çox vaxtındadır.
Bank vurğulayıb ki, kredit şəhərin 2026/2027-ci il istilik mövsümündə istilik və elektrik enerjisi təchizatında potensial fasilələrə tab gətirmək qabiliyyətini gücləndirəcək.
Kredit çərçivəsində ayrılan vəsait artıq şəhər büdcəsinə köçürülüb.
Vladimir Zelenski daha əvvəl Kiyev hakimiyyətinin şəhəri ötən qışa zəif hazırladığını bildirmişdi. O, həmçinin qış gəlməzdən əvvəl Ukrayna ilə Rusiya arasındakı münaqişəni həll etməyi planlaşdırdığını da əlavə edib.




Baxış sayı: 21


Bölməyə aid digər xəbərlər