Bütün xəbərlər
Stüardessanın baqajından 2 milyon rubl dəyərində 15 şüşə elit şərab tapılıb
Tarix: 06-08-2026 20:42 | Bölmə: Sosial


Moskvanın Domodedovo Hava Limanındakı gömrük işçiləri Vyetnamdan gələn 41 yaşlı stüardessanın baqajından təxminən iki milyon rubl dəyərində 15 şüşə elit italyan şərabı tapıblar. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidməti məlumat verib.
Rus qadın təsadüfi yoxlama zamanı "yaşıl" dəhlizdə saxlanılıb.
Qadın izah edib ki, malları keçmiş həmkarının xahişi ilə gətirib.O, gömrük qaydaları ilə tanış olduğunu bildirib.
Yoxlama zamanı çamadanda 2021-ci ildə istehsal olunmuş orijinal quru qırmızı şərablar olan "Sassicaia" və "Bolgheri Sassicaia" olduğu aşkar edilib.Onlar müsadirə edilib.
Malların bəyan edilməməsi və qadağa və məhdudiyyətlərə əməl edilməməsi ilə bağlı iki inzibati xəta işi açılıb.
Cinayətkar malların dəyərinin ikiqatına qədər cərimə və malların müsadirə olunması ilə üzləşir.




Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər