18:03 / 15-07-2026
Güclü zəlzələ baş verib
Bütün xəbərlər
Dünya birincisi adına layiq görülən 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Adil Əliyevlə görüşüblər
Tarix: 15-07-2026 20:18 | Bölmə: Sosial

İtaliyanın paytaxtı Roma şəhərində keçirilən beynəlxalq STEM Olimpiadasında böyük uğur qazanaraq dünya birincisi adına layiq görülən "Dünya Məktəbi"nin 5-ci sinif şagirdi, 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevlə görüşüblər.
Sabaha-inamla.az xəbər verir ki, görüş zamanı Adil Əliyev Ali Aslanovu qazandığı böyük nailiyyət münasibətilə təbrik edib, ona gələcək təhsil və elmi fəaliyyətində yeni uğurlar arzulayıb. 
Onu da qeyd edək ki, Ali Aslanov Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanovun oğludur.






Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər