Bütün xəbərlər
On nəfər qanunsuz bank fəaliyyəti ilə bağlı məhkəmə qarşısına çıxacaq
Tarix: 15-06-2026 13:26 | Bölmə: Sosial


 Kalininqrad vilayətində 10 yerli sakin qanunsuz bank fəaliyyəti ilə bağlı məhkəmə qarşısına çıxacaq. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cinayət işi üzrə istintaq başa çatıb. Bu barədə Rusiya Federasiyasının region üzrə İstintaq Komitəsi məlumat verib.
Müstəntiqlərin sözlərinə görə, 2017-2021-ci illər arasında 30-60 yaş arası mütəşəkkil qrupun üzvləri nəzarət etdikləri şirkətlər və fərdi sahibkarlar üçün bir neçə yüz bank hesabı açıblar.Onlar vəsaitləri nağdlaşdırmalı olan ən azı 10 iş adamını müəyyən ediblər.
Müştərilərdən nəzarət edilən şirkətlərin bank hesablarına vəsait qəbul edən təqsirləndirilən şəxslər saxta maliyyə və biznes sənədlərindən istifadə edərək aralarında pul köçürmələri həyata keçiriblər. Daha sonra vəsaitlər nağdlaşdırılıb və maraqlı müştərilərə köçürülüb.
Qanunsuz nağdlaşdırılan vəsaitin ümumi məbləği 555 milyon rublu keçib. Onlar 64 milyon rubldan çox kompensasiya alıblar.
Mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda gəlir əldə etmək məqsədi ilə törədilən qanunsuz bank fəaliyyətinə görə cinayət işi açılıb.
Qeyd olunur ki, məhkəməyəqədər əməkdaşlıq müqaviləsi bağlayan digər iştirakçıya qarşı cinayət işi məhkəmədə davam edir.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər