22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
19:41 / 22-11-2026
Almaniya Avropanın hava hücumundan müdafiə sahəsində ABŞ-dan asılı olduğunu etiraf edib
19:36 / 22-11-2026
Böyük Britaniyanın iddialarına görə, Vuçiç Tramp oteli ilə bağlı məmurları "axmaq" adlandırıb
19:32 / 22-11-2026
Böyük bir partiya siqaret qaçaqmalçılığında şübhəli bilinən şəxs həbs edilib
19:29 / 22-11-2026
Jirinovski Rusiya, Çin və ABŞ liderləri arasında görüşü proqnozlaşdırdı
19:26 / 22-11-2026
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19:21 / 22-11-2026
Otellər və suvenir mağazaları yanıb
19:17 / 22-11-2026
Böyük Britaniya bir sıra seçkilərdən sonra Avropa İttifaqı iflic vəziyyətinə düşə bilər, bəyan edib
16:55 / 21-11-2026
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü qeyd olunub - Fotolar
16:47 / 21-11-2026
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
16:36 / 21-11-2026
Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunmasında mühüm siyasi institut kimi formalaşıb-Könül Nurullayeva
12:27 / 20-11-2026
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
11:55 / 20-11-2026
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
11:48 / 20-11-2026
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
11:33 / 20-11-2026
Ağdamın gələcək inkişafında istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması mühüm yer tutur”-Könül Nurullayeva
11:01 / 20-11-2026
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
17:42 / 19-11-2026
Putin Çin və ABŞ liderləri ilə görüşlərin davam etməsini istədiyini bildirib
17:35 / 19-11-2026
Tramp Si və Putinlə üçtərəfli görüşdən sonra Çini tərk edir
16:44 / 19-11-2026
Lavrov Putin-Tramp görüşündə və üçtərəfli görüşdə atmosferi qiymətləndirdi
16:28 / 19-11-2026
Putin, Tramp və Si Cinpinq arasında keçirilən görüşdən sonra birgə bəyanat verilməyib
ŞƏHİD RƏŞADƏT PİRİYEVİN ƏBƏDİYYƏT YOLU
Tarix: 31-05-2026 17:39 | Bölmə: Sosial

Güllə, bomba, raketa, minamyot, zenit qurğularından atılan mərmi
səslərindən yer-göy lərzəyə gəlird. Hər tərəfi bürüyən qara tüstü və
tükürpəşdirici səslər elə dəhşət püskürürdü ki, sanki qiyamət qopmuşdu.
Onlar Ağdərə bölgəsində artıq üç strateji nöqtəni düşməndən amışdılar.
Lakin bu onlara heç də ucuz başa gəlməmişdi. Lakin şəhidsiz də düşməni
yenmək mümkün deyildi. Ermənilərin arxası çox güclü idi, artıq illər idi ki,
bir neçə xarici dövlətlərdən həm silah-sursat, həm ərzaq, bir sözlə hər cür
yardım alan ermənilər quduz köpəklərə dönərək azərbaycanlılara qarşı ən
vəhşi üsullarla törətdikləri qətliyamlardan daha da çılğınlaşaraq bütün
Azərbaycanı işğal etmək fikrində idilər. Lakin Azərbaycanın rəhbəri Heydər
Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünyanın bütün haqsız qurumları
susmağa məcbur olmuşdu. Buna rəğmən zatən bütün sərhədləri keçmiş,
həddini aşmış, on minlrlə günahsız azərbaycanlının qanına bais olmuş, bir
milyon 200 min günahsız insanın elindən obasından, yurdundan didərgin
düşməsinə bais olmuş quduz ermənilərdən intiqam almağa üçün savaşa
qalxan Azərbaycan əsgərinin qarşısında bir yol vardı. İrəli, irəli, yenə irəli..
Azərbaycan əsgərinin əzmkarlığından, polad idarəsinin, heyrətamiz
cəsarətinin, eyni zamanda hərbi-fiziki hazırlığı qarşısında davam gətirməyən
erməni əsgərləri mövqelərini, döyüş nöqtələrini atıb qaçsalar da, arteleriya
qurğularının, raketaların, bombaların, minamyotların köməyilə yenə də
Azərbaycan əsgərlərinin mövqelərinə atəşlər yağdırırdılar. Lakin Azərbaycan
əsgəri yenilməyəcəkdi, əyilməyəcəkdi, yıxılmayacaqdı. Xeyli şəhid vermişdi,
yenə verəcəkdi, lakin geri dönməyəcəkdi, savaşacaqdı, savaşacaqdı, yenə
savaşacaqdı, mənfur düşmən Azərbaycanın əzəli torpaqlarından çıxmayınca
savaşacaqdı. Şəhid olacaqdı, qazi olacaqdı, fəqət həm intiqam alacaqdı, həm
də tarixə qızıl hərflərlə yenilməz, basılmaz, məğlubedilməz olduğunu
yazacaqdı.
Atəş səsləri səngimirdi. Rəşadət Piriyev könüllü olaraq cəbhəyə yollanmış və
düşmənlərlə savaşda taqımından bir neçə əsgərini itirmişdi. Bu onu çox
kədərləndirmişdi. Lakin artıq bıçaq sümüyə dirənmişdi, bütün kədərləri,
acıları, qəmləri bir kənara qoyub düşmənə dərslər vermək lazım idi.
Durbinlə baxdı. Uzaqan yerdə ağnayan erməni döyüşçüləri görünürdü.
Nişangaha düşəcəklərndən qorxduqları üçün başlarını qaldırmırdılar. Onları
bu vəziyyətdə vurmaq mümkün deyildi. Sağına-soluna baxdı. Əsgərlər
səbrsizliklə onun əmrini gözləyirdilər. Bir qədər gözlədi və nəhayət əlini
qaldırdı:-İrəli!
Əllidən çox əsgər birdən ayağa qalxdı və sürətlə erməni mövqeyinə tərəf
istiqamət götürdülər. Qaça-qaça durbinlə baxa bilmirdi, lakin onun hissiyatı
çox güclü idi və ermənilərin avtomat silahlarının, həmçinin dəzgahlı
pulyamotlarının onlara tərəf tuşlandığını çox yaxşı duyurdu. Odur ki, səsi
ildrım kimi çaxdı:
-Atəş! Atəş! Atəş!
Güllələr dolu kimi yağdı. Cavab güllələri atıldı. O, sol əlini aşağı saldı:
-Uzanın!
Əsgərlər bir nəfər kimi yerə uzandılar. Onun yenə amiranə səsi eşidildi:
-Yerdə mövqelərniz dəyişin!
Əsgərlər uzandıqları yerdə fırlanaraq mövqelərini dəyişdilər. Düşmənlər
ürəklənib güllə yağışını daha da artırdılar. Bir qədər gözlədi və yenə ayağa
qalxıb guruldadı:
-İrəli! İrəli! İrəli!
İgid əsgərlər yenə ayağa qalxıb güllə ata-ata düşmənə tərəf istiqamət
götürdülər. Azərbaycan əsgərləri qəhrəman Onun başçılığı altında düşmən
üzərinə ley kimi uçurdu. Zatən qorxaq olan düşmən əsgərlərinin Azərbaycan
igidləri yaxınlaşdqca əl-ayağları titrəməyə başladı və bar-bar bağıran
komandirlərinin hay-küyünə əhəmiyyət verməyib ayağa qalxaraq qaçmağa üz
qoydular. Lakin artıq gec idi, bəbirin sürəti çaqqalın sürətindən qat-qat artıq
olduğu kimi, Azərbaycan igdlərinin də piyləri yerə tökülən erməni
əsgərlərinin sürətindən xeyli çox idi. Odir ki, tez bir zaman içində zatən
özlərini itirmiş erməni əsgərlərini yaxalaılar.
Avtomat silahını erməni taqımının komandirinin qarnına söykəyən Onun səsi
eşidildi:
-Heç birini öldürməyin! Onları girov götürüb, əsir əsgərlərimizlə dəyişəcəyik.
Hərçənd ki, bunların yüzü bizim bir əsgərimizin dırnağına dəyməz.
Sonra o, avtomat silahın lüləsini ermənilərin komandiri Tavakalyanın
qarnına sürtdü:
-Mundar köpək! Qarnın o qədər yekədi ki, elə il indi ekiz doğacaqsan. Hə,
əlbəttə! Rus və fransız bacılarınız sizi yaman yedizdirir. Silahını yerə at! Tez!
Tavakalyan azərbaycanca anlamasa da Rəşadətin nə dediyini başa düşüb
tapançasını yerə atdı. Rəşadət ayağı ilə tapançanı sağ tərəfdə bir erməninin
əhədini kəsmiş əsgərə tərəf itələdi:
-Cavad, bunu götür, lazım olar. Cavad bir söz demədən əyilib tapançanı
götürdü. Rəşadət yenə üzünü Tavakalyana tutdu:
-Aşağı yat! Tez ol! Üzüqoylu!
Tavakalyan üzüqoylu yatdı. Rəşadət bir anın içində əyilib onun mundirinin
yan cibindən sənədlərini götürb baxdı:
-Tfu, ermənicə yazılıb. Üzünü əsgərlərinə tutdu:
-Ermənicə oxumağı bacaran var?
Əsgərlərdən biri yaxaladığı ermənini əsgər dostuna həvalə edib ona
yaxınlaşdı:
-Mən bilirəm komandir!
Rəşadət təəcüblə soruşdu:
-Sən?! İlyas?! Sən ermənicə hardan bilirsən?
İlyas gülümsədi:
-Əslimiz Dərləyəzdəndir. Atamla anam deportasiya olunublar. Neçə ildir
atam mənə öyrədirdi ki, birdən hərbi xidmətdə lazım olar. Bax, indi lazm
oldu.
O gülümsədi:
-Maşallah, atan çox ağıllı adamdır demək. Bilirsən, mənim də valideynlərim
Göyçəlidi, 1953-cü ildə Qərbi Azərbaycandan deportassiya olunublar. Amma
mən ermənicə bilmirəm.
Sonra Rəşadət Tavakalyanın sənədlərini ona tərəf uzatdı:
-Oxu görək bunlarda nə yazılıb?
İlyas sənədlərə baxıb dilləndi:
-Bunlar bunun şəxsiyyət vəsiqəsi və hərbi biletidi.
Sonra o daha bir sənədə baxdı:
-Bu bnun hərbi dosyesidir.
Sonra o, orda yazılanları ürəyində oxuyub tərcümə elədi:
-Tavakalyan Vaqarşak Melkumoviç. 1965-ci ildə Nyonberanda anadan olub.
Şuşanın, Ağdamın, Laçının, Kəlbəcərin, Zəngilanın, Qubadlının, Füzulinin
düşməndən alınmasında iştirak edib. Xocalıda iyirmi dənə türk uşağını diri-
diri yandırıb.
Rəşadətin bütün vücudu əsirdi. Bu dəfə o, Tavakalyana baxanda gözlərindən
elə bir qığılcım çıxdı ki, Tavakalyanın az qaldı bağrı çatlasın. O, avtomat
silahını İlyasa verib Tavakalyanın sağ biləyindən yapışdı:
- Скажи мне, ты сжег этих детей этой рукой или другой рукой?
(De görüm o uşaqları bu əlinlə yandırdın, yoxsa o biri əlinlə?)
Tavakalyan iflic vurmuş adamlar kimi əsirdi:
- Там неверно написано, я не виноват. Это ложная информация.
(Orda yalandan yazılıb, mənim heç bir günahım yoxdu. O, yalan məlumatdır)
O, Tavakalyanın iyrənc sifətinə baxmadan bir anın içində onun qolunu qarıb
sındırdı, Tavakalyan dağ basılmış eşşək kimi anqırdı. O, daha sonra onun sol
qolunu sındırıb üzünü İlyasa tutdu:
-Apar bu mundar köpəyi gözüm görməsin! Axı biz baş kəsən deyilik. Əfsuslar
olsun ki, deyilik, yoxsa bu köpəyin başını tərsinə kəsərdim.
İlyas bağırtısı aləmi bürüyən Tavakalyanı sürüyə-sürüyə apardı. Rəşadət isə
bir daşın üstündə oturub hönkür-hönkür ağladı.
Bir saatdan sonra bütün erməni əsirlər qərargaha gətirilmişdilər.
Tavakalyanın hərbi dosyesi isə internet vasitsilə hər dilə tərcümə edilib bütün
dünyaya yayılmışdı.
Günorta idi. Erməni əsgərlər iri bir meydanda Xocalı qətliyamı günü
münasibətilə bayram keçirirdilər. Kabab yeyir, şərab içir, musiqi sədaları
altında əl-ələ tutub rəqs edir, eyni zamanda bir ağızdan, özü də Azərbaycan
dilində mahnı oxuyurdular:
Vurub-yıxıb Qarabağda qoyduq iz,
Hər bir türkün tifaqın dağıtdız biz.
Xarabazara döndərdik Qarabağı,
Yaxdıq minlərlə südəmər biz uşağı.
Gəncəni də, Tovuzu da yandırdıq,
Türkə ermənilər kimmiş, belə qandırdıq.
Zaman gələr Xəzər boyu axarıq,
Bir həmlədə Bakını da alarıq!
Qədim Tiqranın qızıl sərvətiyik biz,
Dünyanın ən üstün millətiyik biz!
Rəşadət bu iyrənc nəfəslərə son qoymaq üçün təkbaşına gəlmişdi. O əyilə-
əyilə, gizlənə-gizlənə gəlib erməni mövqelərinə çatdı. Tamamilə sərxoş erməni
əsgərlər kontrollarını tamamilə itirmişdilər. Rəşadət yenə gizlənə-gizlənə
erməni alayının avtomaşınlar saxlanan parkına çatdı. Burda bir neçə dənə
hərbi benzin maşını var idi. Maşınlardan birinin yaxınlığında bir erməni
əsgər yaxından gələn musiqi altında eybəcər şəkildə rəqs eləyirdi. Rəşadət
qəfildən pusqudan çıxıb ona tərəf gəldi. Erməni əsgər onu görən kim
yaxınlığında qoyduğu avtomat silahını götürmək istədi, lakin Rəşadətin
məngənə kimi möhkəm barmaqları onun qolunu elə sıxdı ki, erməni əsgər
özündən asılı olmayaraq bağırdı. Bundan sonra Rəşadət onun boğaz
nahiyəsinə elə bir yumruq ilişdirdi ki, erməni əsgərin qırtlağı qırıldı. Onun
gəbərdiyinə əmin olan Rəşadət onun cibindən avtomobilin açarlarını tapıb
avtomobilə əyləşib mühhəriki işə saldı və onu bayram şənliyi keçirilən
meydana tərəf sürür. Burda ən azı üç yüz nəfər zabit, əsgər, eyni zamanda
musiqi dəstəsi var. Erməni müğənni oxuduqca erməni əsgərlər əl-ələ tutub
yallı gedirlər. Rəşadət benzin maşınının sürətini artırdı və maşını düz bayram
şənliyi keçirdənlərin üstünə sürdü. Onlar vahimə içində ora-bura qaçmağa
başladılar. Rəşadət maşın bayram keçirilən meydana çatınca maşının qapısını
açıb yerə tullandı və zamana sığışmayan hərəkətlə bir neçə dəfə aşdı. Maşının
sürəti çox olduğundan Rəşadət başdan-ayağa yaralanmışdı, lakin çox çətinliklə
də olsa kəmərindən tapançasını çııxarıb benzin maşınının yük yerinə iki güllə
atdı. Benzin maşını dəhşətli şəkildə partladı. Cürbəcür rənglərdə alov ərşə
yüksəldi. Bununla da Azərbycanın bədbəxtliyini bayram eləməyən yüzlərlə
erməni əsgəri, zabiti və musiqiçisi bir anın içində yanıb külə döndü.
Rəşadət möhkəm yaralı idi. Hər tərəf od tutub yanırdı və get-gedə alov ona
yaxınlaşırdı. Rəşadət bütün qüvvəsini toplayıb bir xeyli kənara süründü.
Uzaqdan erməni səsləri gəlirdi. Onlar hadisə yerinə yüyürürdülər. Bİr qədər
sonra Rəşadətə bir xeyli yaxınlaşdılar, o, möhkəm iradəsinə rəğmən onlardan
bir neçəsini nişangaha götürüb güllə ilə vurdu. Ermənilər bağırıb yerə aşdılar.
Bu zaman onlarla erməni əsgəri Rəşadəti gülləbaran elədilər.
Şəhidlik zirvəsinə yüksəldi Rəşadət və adı hərbi tariximizin qızıl səhifələrinə
yazıldı. Zaman keçəndən sonra Rəşadətin igidliyi haqqında səlnamələr
yazıldı, məqalələr dərc edildi, verilişlər hazırlandı. Hər bir şəhidi doğma
övladı hesab eləyən mütərəqqi ziyalı, qüdrətli şair Vüqar Əhməd Rəşadədin
qəhrəmanlığını ən kövrək poetik lövhələrlöə bu şəkildə bəyan etdi:
Ey şəhidim, canını fəda etdin,
Bu torpağın, bu bayrağın uğrunda.
“Ya şəhid ol, ya qazi!” Nida etdin,
Ömrünün gül açmış gənclik çağında,
Vətən sevgisilylə qalxıb savaşa,
Düşməni atəşli məzara çəkdin.
Torpağın qoynunda sən başdan-başa,
Öz şəhid qanınla çiçəklər əkdin.
Sən hələ körpəykən, bələkdə ikən,
Anan xına yaxdı koppuş əlinə,
Bir zaman tuş gəlsə işğala ölkəm,
Balam cihad haqqı geysin əyninə.
Halal süd əmmişdin anan Sədəfdən,
Gözəl ad almışdın atan Əlidən.
Vətənə bağlandın hər bir tərəfdən,
Kəlbəcər adlanan ulu elindən,
Axdı sənə fövqəladə rəşadət,
Bu səbəbdən ismin oldu Rəşadət.
Azad görmək üçün ana torpağı,
Bəyan etdin misilsiz bir şücaət.
Qardaşın Rəşidlə sancdın bayrağı,
Ümidlərin üfüqünə Rəşadət.
Savaşdın düşmənlə qorxu bilmədən,
Atıldın savaşa aslanlar kimi,
Sən şəhid olsan da qəfil güllədən,
Müdhiş cürətinlə yaxdın düşməni.
İtgin düşübsə də məzarın sənin,
Ümidlər çırağın sönmədi şəhid,
Yenə işıqlandı, güldü vətənin,
Üç rəngli bayrağın enmədi şəhid.
İnanırdın, yenə də haqq gələcək,
Bu torpağın gülüstana dönəcək!
Artıq oxunacaq zəfər nəğməsi,
Tam olacaq vətənin xəritəsi.
Sən müqəddəs, saf qanınla Rəşadət,
Bu vətəni yenə elədin xoşbəxt.
Bu torpağı çağladıqca səadət,
Vüqar Əhməd unutmaz səni heç vaxt.
İllər keçəndən sonra sonra isə Azərbaycanın igid əsgərləri Azərbaycanın prezidenti, ali baş komandanı İlham Əliyevin komandanlığı altında düşmən üzərində misilsiz qələbə qazanıb Azərbaycanın ay-ulduzlu, üçrəng bayrağını Şuşanın hər guşəsində dalğalandırdılar. Şəhid Rəşadətin illərlə narahat olan ruhu şad idi, Azərbaycan ordusu həm Qarabağı düşmən caynağından xilas edib şanlı zəfər qazanmış, həm də azğın erməni quldurlarından intiqam almışdı.
Bəzən elə bilirik ki, zaman hər şeyi unudulmağın soyuq qucağına atır. Amma elə adlar var ki, zaman onları silmək üçün deyil, ucaltmaq üçün keçir. Haqqında söz açdığıımız qəhrəman da məhz belə bir zirvənin sahibidir: Rəşadət Əli oğlu Piriyev. İllər idi ki, ana vətən bir "itkin" sorağında, bir "naməlum" ümidində idi. Amma bu gün torpaq sirlərini açdı, Vətən öz igid övladını bağrına basdı. Rəşadət geri döndü... Nəşi ilə, ruhu ilə, heç vaxt sönməyən qəhrəmanlıq işığı ilə.
Rəşadət sıradan bir döyüşçü deyildi. O, damarlarındaana torpağın həsrətini və hiddətini daşıyan bir vulkan idi. Ağdərənin dumanlı dağlarında, güllələrin dolu kimi yağdığı o qanlı günlərdə Rəşadət bir dastan yazırdı. Onun "İrəli!" əmri sadə bir hərbi komanda deyil, bir xalqın var olmaq fəryadı idi.
O, düşmən canisi Tavakalyanın qarnına silah dayayanda, əslində bütün erməni vəhşiliyinin qarşısında dayanmışdı. Xocalı körpələrini diri-diri yandıran o əlləri sındıranda, Rəşadət təkcə qisas almamışdı; o, insanlığın namusunu qorumuşdu. Lakin onun ən böyük ucalığı, o iyrənc canini cəzalandırdıqdan sonra bir kənara çəkilib hönkür-hönkür ağlamasında idi. Bu göz yaşları zəiflik deyildi; bu, günahsız körpələrin acısını öz ürəyində hiss edən böyük bir insanın mərhəmət dolu harayı idi.
Hekamizin ən sarsıdıçı məqamı Rəşadətin sonuncu döyüşüdür. Düşmənin bizim faciəmiz üzərində qurduğu o iyrənc "bayram" süfrəsini başlarına yıxmaq üçün təkbaşına ölümün üstünə getmək hər igidin işi deyil. O, bir benzin maşınını tonqala çevirəndə, öz canını da o müqəddəs alovun içinə atdı. Yüzlərlə düşməni məhv edən o partlayış, əslində bir xalqın qaranlıq gecəsini aydınladan məşəl idi.
Rəşadət yaralı halda sürünərkən, son gülləsinə qədər vuruşarkən bəlkə də bilirdi ki, bu torpaq onu illərlə öz ağuşunda gizlədəcək. Bilirdi ki, nə vaxtsa gələcəklər. Onun yarımçıq qalan nəfəsini bütöv bir Zəfərə çevirənlər gələcək.
İllər keçdi. Anasının xına yaxdığı o əllər, atasından aldığı o şərəfli ad torpağın altında bir sirr kimi saxlanıldı. Nə qədər ağır idi o gözləmək! Atası Əli kişinin, anası Sədəf xanımın hər qapı döyüləndə "bəlkə odur" deyib boylandığı o ümid dolu pəncərələr nə qədər kədərli idi.
Və budur, bu gün o müqəddəs nəş tapıldı. Rəşadət artıq "itkin" deyil. O, artıq öz yerindədir-bayrağımızın kölgəsində, xalqının rəhmət sədasındadır. Onun nəşinin tapılması, əslində 30 illik bir yaranın qaysağıdır. Torpaq sanki "Mən bu əmanəti qorudum, indi sizə qaytarıram" dedi.
Şair Vüqar Əhmədin dediyi kimi, sən öz qanınla bu torpaqda çiçəklər əkdin. O çiçəklər indi Şuşada, Kəlbəcərdə, Ağdərədə bitir. Sənin illərlə nigaran qalan ruhun artıq şaddır. Çünki sən geri dönəndə Vətən artıq bütöv idi. Sən geri dönəndə üçrəngli bayraq artıq sən can verdiyin yüksəkliklərdə dalğalanır.
Əziz Rəşadət, sən ölmədin. Sən sadəcə şəhidlik bağçasında uyuduğun bir yuxudan ayıldın ki, bizə azadlığın nə qədər bahalı olduğunu bir daha xatırladasan. Sənin adın hərb tariximizə təkcə qızıl hərflərlə deyil, Azərbaycanın hər bir daşına, hər bir qayasına silinməz bir möhürlə yazıldı.
Yolun mübarək, şəhadətin mübarək, əbədi mənzilin mübarək, ey millətin qürur mənbəyi! İndi rahat uyu. Vətən artıq əmindədir.
Mövsüm Əhməd,
yazıçı-dramaturq
Baxış sayı: 324
Bölməyə aid digər xəbərlər

Dünən, 22:27
Dağ aşırımında dörd qadın turist itkin düşüb
Dünən, 19:21
Otellər və suvenir mağazaları yanıb
21-11-2026, 16:47
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
20-11-2026, 11:01
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
19-11-2026, 08:58
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
17-11-2026, 18:32
Təmizlikçi qadın maaşının gecikməsi səbəbindən vəfat edib
17-11-2026, 14:14
Hakerlər Zoom, IKEA və 176 digər təşkilatın veb saytlarını zərərli kodla yoluxdurublar
16-11-2026, 17:57
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
16-11-2026, 11:58
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
15-11-2026, 19:25
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
15-11-2026, 18:24
Yaşayış binasını vuran PUA işə düşmədi
15-11-2026, 17:34
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
15-11-2026, 17:31
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
12-11-2026, 23:02
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
12-11-2026, 22:48
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
11-11-2026, 22:00
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
11-11-2026, 21:28
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
10-11-2026, 23:00
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
10-11-2026, 18:37
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
10-11-2026, 18:11
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
10-11-2026, 17:43
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
9-11-2026, 17:25
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
5-11-2026, 18:31
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
3-11-2026, 18:55
Dəvələrin tutulmasının görüntüləri yayılıb
3-11-2026, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
28-10-2026, 20:53
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
28-10-2026, 20:32
Yoqa dərsindən sonra insult keçirib
28-10-2026, 16:41
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
27-10-2026, 23:35
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
27-10-2026, 09:10
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
26-10-2026, 23:46
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
26-10-2026, 21:31
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
26-10-2026, 20:50
16 mindən çox müştəri elektriksiz qalıb
25-10-2026, 09:55
BƏƏ-də OBS Qlobal ikinci günü
24-10-2026, 09:57
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
22-10-2026, 16:42
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
22-10-2026, 16:38
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
19-10-2026, 18:30
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
18-10-2026, 21:52
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi