18:35 / 29-09-2026
Bir şagird sinfinə hücum edərək müəllimini öldürüb
18:32 / 29-09-2026
Qazaxıstan hakimiyyəti Almaniyaya neft tədarükünü davam etdirməyə hazır olduqlarını açıqladı
18:29 / 29-09-2026
Argentina Britaniyaya Folklend adaları yaxınlığında neft hasilatını dayandırmaq üçün iki həftə vaxt verib
18:25 / 29-09-2026
ABŞ Ukraynanın təslim olması üçün vaxt çərçivəsini müzakirə edir
18:22 / 29-09-2026
Hərbi məhkəmə qətldə ittiham olunan general Ospanovu həbsdə saxlayıb
18:20 / 29-09-2026
Roskomnadzor Rusiya milli futbol komandasının keçmiş oyunçusu Smolova qarşı 300.000 rubl məbləğində iddia qaldırıb
18:03 / 29-09-2026
Kanye Uest-in Sankt-Peterburqdakı konserti baş tutmayacaq
17:56 / 29-09-2026
FIFA UEFA-nı İnfantino haqqında yalan məlumat yaymaqda ittiham edir
17:53 / 29-09-2026
Kreml bildirib ki, Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəməyəcək
17:51 / 29-09-2026
Müğənni Potap Ukraynanın Əməkdar artisti titulundan məhrum edilə bilər
17:46 / 29-09-2026
Lukaşenko: "Çoxvektorlu siyasət Belarusu Rusiyadan uzaqlaşdırmır"
17:42 / 29-09-2026
Putin Serb Respublikası rəhbərliyinin nümayəndələri ilə görüşəcək
17:39 / 29-09-2026
Lavrov: "ABŞ Trampın dövründə diplomatik əmlakla bağlı heç bir ümidverici şərh verməyib"
17:36 / 29-09-2026
Pakistan Avrasiya İqtisadi Birliyi ilə azad ticarət danışıqlarına 1 yanvar 2027-ci ildə başlayacaq
17:33 / 29-09-2026
Lavrov bildirib ki, ABŞ ilə qıcıqlandırıcı amillərlə bağlı əlaqələrin vaxtı razılaşdırılır
17:28 / 29-09-2026
Fövqəladə Hallar Nazirliyi: Qırmızı mağarada turistləri xilas etmək üçün 28 mütəxəssis səfərbər edilib
17:23 / 29-09-2026
Keçmiş çinli məmur 39 milyon dollar rüşvətə görə edama məhkum edildi
14:46 / 29-09-2026
Yeddi regional qubernator parlament mandatlarından imtina edib
14:44 / 29-09-2026
İspaniyaya viza haqqı 1500 rubl artıb
14:42 / 29-09-2026
Bir ayı qəbiristanlığa yaxınlaşaraq məzar qazıb
14:36 / 29-09-2026
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
01:39 / 29-09-2026
37 yaşlı yeni başçının - Dosyesi
01:34 / 29-09-2026
Yeni təyin olunan icra başçısı onun müavini imiş
21:49 / 28-09-2026
Fransada şirin suda yaşayan bir mosasaur aşkar edilib
21:46 / 28-09-2026
Dodik Rusiyaya səfəri zamanı Putinlə görüşməyə ümid edir
21:43 / 28-09-2026
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
21:41 / 28-09-2026
Rusiyanın Serbiyadakı səfiri: "Vuçiç milli lider statusu qazanıb"
21:02 / 28-09-2026
WSJ: Kanada Trampa görə enerji nəhəngi ola bilər
20:59 / 28-09-2026
Səfir Botsan-Xarçenko: "Rusiya ilə münasibətlər Serbiyanın iqtisadiyyatına təsir edib"
20:56 / 28-09-2026
Venesueladan ABŞ-a ixrac edilən qızıl alıcı tapa bilmir
20:50 / 28-09-2026
Yəmən husilərlə mübarizə üçün ümumi səfərbərlik elan etdi
20:45 / 28-09-2026
Rusiyalı millət vəkili AB müdafiə nazirlərinin görüşü ilə bağlı şərh verdi
20:42 / 28-09-2026
Terrorizmdə ittiham olunan keçmiş model Xodorkovskinin qızından vəsait alıb
17:55 / 28-09-2026
Peskov Putinin Ukrayna təklifləri ilə bağlı mövqeyini tam adlandırdı
17:46 / 28-09-2026
FSB: Britaniyada yaradılan RDS Rusiyada hakimiyyəti ələ keçirmək istəyənlər tərəfindən istifadə olunur
17:43 / 28-09-2026
AB-nin ən dəyərli şirkətinin baş direktoru: "Həddindən artıq məhdudiyyətlər ümidsizliyə səbəb olur"
17:39 / 28-09-2026
Çində keçirilən tennis turnirinin finalına vəsiqə qazandı
17:34 / 28-09-2026
Ukrayna Baş naziri ölkənin internet xidmətindən məhrum edilə biləcəyini etiraf etdi
17:29 / 28-09-2026
Ekspert: "Ukraynanın çökən iqtisadiyyatı Qərbə getdikcə daha çox xərc çəkir"
Moldovanın Kişineu şəhərində “Heydər Əliyev həyatının 100 anı” kitabının təqdimatı - Fotolar
Tarix: 30-05-2026 16:31 | Bölmə: Sosial
Moldovanın paytaxtı Kişineu şəhərində yerləşən Moldova Tarix Muzeyində Azərbaycanın Moldovadakı səfirliyinin təşkilatçılığı ilə tanınmış yazıçı-publisist, Beynəlxalq Elmlər Akademiyasının akademiki, Azərbaycan Jurnalistlər Birliyinin, həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarusiya və Gürcüstan Yazıçılar Birliklərinin üzvü Emil Nəsirlinin rumın dilində işıq üzü görmüş “Heydər Əliyev həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə yerli ictimai-siyasi xadimlər, diplomatik korpusun üzvləri, elm və mədəniyyət nümayəndələri, yerli KİV rəhbərləri və əməkdaşları, yerli və xarici tələbələr, beynəlxalq təşkilatların nümayəndələri, diaspor fəalları iştirak ediblər.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycanın Moldovadakı Səfirliyinin təşkilati dəstəyi ilə təşkil olunan təqdimat mərasimini açıq elan edən Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev bu kitabın məhz rumın dilində — Moldova cəmiyyəti üçün dövlət dilində nəşr olunmasının əhəmiyyətindən danışıb.
Səfir qeyd edib ki, oxucular Heydər Əliyev haqqında bu kitabda yer alan məlumatlarla böyük maraqla tanış olacaqlar.Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli ömür yolunun parlaq səhifələrinin xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil etməsindən danışıb. Səfir Ülvi Baxşəliyev çıxışında müasir müstəqil Azərbaycanın banisi və qurucusu olan Heydər Əliyevin keçdiyi həyat yolu, siyasi fəaliyyəti, azərbaycançılıq fəlsəfəsi və ideologiyasından bəhs edib, ölkəmizin inkişafında göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşdüyünü vurğulayıb. O, Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsindən danışıb. Səfir Ülvi Baxşəliyev müəllif Emil Nəsirliyə “Heydər Əliyevin həyatının 100 anı” kitabını ərsəyə gətirdiyinə görə minnətdarlığını bildirib, bu kitabın dahi şəxsiyyətin irsinin daha geniş şəkildə öyrənilməsinə öz töhfəsini verəcəyini söyləyib.
Tədbirdə çıxış edən Moldovanın siyasi və dövlət xadimi, Moldova Respublikasının 2-ci Prezidenti Petru Luçinski bildirib ki, Heydər Əliyev xalqının tarixində dərin iz qoyub, məhz onun müdrikliyi və biliyi sayəsində Azərbaycan regionun liderinə, mühüm beynəlxalq layihələrdə iştirak edən etibarlı tərəfdaşa çevrilib. Petru Luçinski qeyd edib ki, Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır. O, həmçinin 90-cı illərdə Moldova Prezidenti kimi Bakıya səfərini, Heydər Əliyevlə səmimi görüşünü və aralarında yaranmış isti münasibətləri ətraflı şəkildə xatırladıb.
Sonda Petru Luçinski yazıçı-publisist Emil Nəsirlini belə bir möhtəşəm kitabı ərsəyə gətirdiyinə görə təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra çıxış edən “Heydər Əliyev həyatının 100 anı” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli tədbirin Moldovanın paytaxtı Kişineu şəhərində keçirilməsinə xüsusi dəstək göstərən başda Səfir Ülvi Baxşəliyev olmaqla Azərbaycanın Moldovadakı Səfirliyinə və kitabın rumın dilinə tərcümə olunmaqla işıq üzü görməsinə təşəbbüs və maddi dəstək göstərən "Azmol Group" holdinqın prezidenti, hüquq elmləri doktoru, mesenat Vüqar Novruzova minnətdarlığını bildirib.
Yazıçı-publisist E.Nəsirli qeyd edib ki, Heydər Əliyev qədər öz xalqını, onun tarixini, mədəniyyətini və dilini sevən ikinci bir şəxsiyyət tapmaq çox çətindir. Heydər Əliyevin uğurlu xarici siyasət fəaliyyətinin məqamlarından söz açan E.Nəsirli vurğulayıb ki, Azərbaycanın nüfuzlu beynəlxalq və regional təşkilatlarla münasibətlərinin yaradılması və daha yüksək səviyyəyə qaldırması ilə diqqəti cəlb edib. Beynəlxalq təşkilatlara üzv olmaq, onlarla səmərəli iş qurmaq Azərbaycanın problemlərini, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində Heydər Əliyevin rolu danılmazdır. Emil Nəsirli məhz dahi şəxsiyyət Heydər Əliyevin xalqın çağırışı ilə 1993-cü ildə hakimiyyətə qayıtması ilə ölkəmizin vətəndaş müharibəsindən, tənəzzül və məhv olmaq təhlükəsindən xilas olduğunu, dövlətimizin sabit və firavan gələcəyinin təmin edildiyini diqqətə çatdırıb. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafını dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlayan Emil Nəsirli ölkəmizdə hərtərəfli tərəqqinin, ictimai-siyasi sabitliyin qorunması və iqtisadi inkişafın təməlində Heydər Əliyevin böyük əməyi, müstəsna xidmətləri və uzaqgörən strategiyasının dayandığını dilə gətirib.
Bununla yanaşı, Emil Nəsirli vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan bu gün regionun aparıcı dövlətidir, Avropanın enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaşlardan biridir. O, qüdrətli ordumuzun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44-günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən sonra azad olunmuş torpaqlarda dövlətimiz tərəfindən genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını bildirib. Daha sonra, Emil Nəsirli Azərbaycanın sülh gündəliyinə dəstək göstərən ölkələr sırasında dost Moldovanın da olduğunu, Azərbaycan ilə Moldova arasında əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə ən yüksək səviyyədə uğurla inkişaf etdiyini, çoxsaylı qarşılıqlı səfərlərin həyata keçirilməsinin bunun bariz göstəricisi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Emil Nəsirli həmçinin kitabın fəsillərində Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illərdə respublikada elmin maddi-texniki bazasının və kadr potensiyalının inkişaf etdirilməsi, struktur və təkmilləşdirmə, elmi-tədqiqat işlərinin genişləndirilməsi və keyfiyyətcə yaxşılaşdırılması, elmi-tədqiqat mövzularının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar, sərəncamlar, proqramlar daxil edilib. Kitabda həmçinin Ulu Öndər Heydər Əliyevin həmin dövrdə Azərbaycan elminin vəziyyəti və perspektivləri, elmi nəticələrin istehsalata tətbiqi və başqa məsələlər barədə müxtəlif toplantılarda, forumlarda etdiyi çıxışlara, həmçinin Ulu Öndərin xarici ölkələrə səfərlərinə, ali səviyyədə görüşlərinə də geniş yer ayrılıb. Emil Nəsirli onu da qeyd edib ki, müəllifi olduğu “Heydər Əliyev. Həyatının 100 anı” kitabı ingilis, rus, rumın dillərində olmaqla yanaşı hazırda ivrit dilinə tərcümə edilir, kitabın təqdimat mərasimləri Azərbaycan daxil olmaqla Türkiyə, ABŞ, Kanada, İsveçrə, Özbəkistan, Qırğızıstan, Rusiya, Çexiya, Kanada, Belarus, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdə də keçirilmişdir. Təqdimat mərasimində “Heydər Əliyev həyatının 100 anı” kitabın rumın dilinə tərcümə olunmaqla işıq üzü görməsinə təşəbbüs və maddi dəstək göstərən “Azmol Group” holdinqın prezidenti, hüquq elmləri doktoru, mesenat və xeyriyyəçi Vüqar Novruzov çıxış edərək bildirib ki, Bu gün biz təkcə bir kitabdan danışmırıq — biz bir yoldan danışırıq. Mürəkkəb bir dövrdən keçmiş və ölkəsinin taleyi üçün ən çətin, qeyri-sabit illərdə məsuliyyəti öz üzərinə götürmüş böyük dövlət xadiminin yolundan danışırıq. Kitabın adı — “Həyatın 100 anı” — özü çox şeydən xəbər verir. Moldova azərbaycanlıları üçün xüsusilə dəyərlidir ki, bu yüz anın arasında Azərbaycanla Moldovanı birləşdirən səhifələr də var. Bunlar səmimi dostluğun, qarşılıqlı hörmətin və səmərəli, hərtərəfli əməkdaşlığın səhifələridir. Lakin bu kitab bizə daha böyük bir dəyər — canlı tarixi yaddaş bəxş edir. Əminəm ki, minlərlə azərbaycanlı üçün doğma evə və ikinci vətənə çevrilmiş Moldova sakinləri üçün öz ölkəsini dərin xaosdan çıxarmağa, onun gələcəkdə həm regionda, həm də dünyada güclü və nüfuzlu bir dövlətə çevrilməsi üçün möhkəm təməl yaratmağa nail olmuş Azərbaycan xalqının ümummilli liderin yaradıcı və qurucu fəlsəfəsini anlamaq maraqlı olacaq. Heydər Əliyevin müdriklik, kompromis və uzaqgörənlik dərsləri hər zaman aktual olan bir irsdir və bu gün də hər birimiz üçün böyük əhəmiyyət daşıyır. Vüqar Novruzov onu da qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcək. Təqdimat mərasimində 2013-2019-cu illərdə Moldovanın Mədəniyyət naziri olmuş Monika Babuk, 2008-2015-ci illərdə Moldovanın Ombudsmanı olmuş, ictimai xadim Aureliya Qriqoriu və digərləri çıxış ediblər. Sonra ictimai-siyasi xadimlərin, yerli və beynəlxalq qurumların nümayəndələrinin, KİV əməkdaşlarının və digər şəxslərin qatıldıqları tədbirdə mərasim iştirakçılarının Ulu Öndər Heydər Əliyevin irsi ilə bağlı suallarını cavablandıran Emil Nəsirli “Heydər Əliyevin həyatının 100 anı” kitabını iştirakçılara hədiyyə edib.
Təqdimat mərasimində ulu öndər Heydər Əliyevə həsr edilmiş foto-şəkillərdən ibarət sərgi təşkil edilib. Sərgini izləyənlərə səfir və əməkdaşlar tərəfindən izahlı məlumat verilib.
Tədbirin sonunda pianoçu Vitali Qavruk Qara Qarayev və Fikrət Əmirovun əsərlərini ifa edib.

Baxış sayı: 270
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
Bu gün, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil
6-09-2026, 20:12
150-dən çox insan keçiddə qatarla yük maşınının toqquşmasının nəticələrinin aradan qaldırılması üzərində işləyir
3-09-2026, 18:25
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
3-09-2026, 18:13
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi
3-09-2026, 17:54
Xəsarət alan tələbəyə tibbi yardımın göstərilməsini izləyir
3-09-2026, 13:13
Ayı hücumundan möcüzəvi şəkildə xilas olub
3-09-2026, 13:10
Putin pələnglə görüşünü bəyan edib
1-09-2026, 22:06
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
1-09-2026, 20:10
Yeni Dehlinin mərkəzində iki qüllə əldə etdi