19:06 / 10-06-2026
Sərnişin avtobusu yanıb
Bütün xəbərlər
Everesti qolları ilə fəth edən para-idmançı Nəbiyev Ufaya gəlib
Tarix: 27-05-2026 18:33 | Bölmə: Sosial

 Everesti tək qolları ilə fəth edən bloqçu Rüstəm Nəbiyev Ufaya gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Başqırdıstan Dövlət Televiziya və Radio Yayımları Şirkəti məlumat verib.
Qeyd olunur ki, bloqçunu Ufada yaxınları, qohumları və digər qayğıkeş insanlar qarşılayıb.
Rüstəm Nəbiyev 2015-ci ildə orduda xidmət edərkən ayaqlarını itirib.O, kazarmanın uçması nəticəsində yaralanıb və uzun müddət xəstəxanada yatıb.
Bu hadisə onun tam həyat sürməsinə mane olmayıb və Nəbiyev tezliklə dağ zirvələrini fəth etməyə başlayıb.Onun nailiyyətləri siyahısına Elbrus, Manaslu, Ararat, Kazbek, Kilimanjaro, Akonkaqua, Pik Lav, İremel və indi də Everestin zirvələrinə qalxmaları daxildir.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər