18:47 / 27-05-2026
İt uşağa hücum etdi
Bütün xəbərlər
Yeni direktor icra başçısının qardaşı imiş
Tarix: 27-05-2026 18:15 | Bölmə: Sosial

yeni-direktor-icra-bascisinin-qardasi-imis



Xəbər verdiyimiz kimi, TƏBİB-in icraçı direktoru Anar Bayramovun əmri ilə Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin edilib.
Sabaha-inamla.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cavid Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin kiçik qardaşıdır.
C.Paşayev ölkənin tanınmış həkimlərindən biridir.
O, 2020-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən Vətən Müharibəsi zamanı xidmətə görə Fəxri Fərmanla, 2021-ci ildə Səhiyyə Nazirliyi tərəfindən COVID-19 pandemiyası dövründə xidmətə görə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib.
Qeyd edək ki, E. Paşayev 12 noyabr 2025-ci ildən Qax rayonunun icra başçısıdır. O, bu təyinatdan öncə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.



Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər