18:35 / 29-09-2026
Bir şagird sinfinə hücum edərək müəllimini öldürüb
18:32 / 29-09-2026
Qazaxıstan hakimiyyəti Almaniyaya neft tədarükünü davam etdirməyə hazır olduqlarını açıqladı
18:29 / 29-09-2026
Argentina Britaniyaya Folklend adaları yaxınlığında neft hasilatını dayandırmaq üçün iki həftə vaxt verib
18:25 / 29-09-2026
ABŞ Ukraynanın təslim olması üçün vaxt çərçivəsini müzakirə edir
18:22 / 29-09-2026
Hərbi məhkəmə qətldə ittiham olunan general Ospanovu həbsdə saxlayıb
18:20 / 29-09-2026
Roskomnadzor Rusiya milli futbol komandasının keçmiş oyunçusu Smolova qarşı 300.000 rubl məbləğində iddia qaldırıb
18:03 / 29-09-2026
Kanye Uest-in Sankt-Peterburqdakı konserti baş tutmayacaq
17:56 / 29-09-2026
FIFA UEFA-nı İnfantino haqqında yalan məlumat yaymaqda ittiham edir
17:53 / 29-09-2026
Kreml bildirib ki, Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəməyəcək
17:51 / 29-09-2026
Müğənni Potap Ukraynanın Əməkdar artisti titulundan məhrum edilə bilər
17:46 / 29-09-2026
Lukaşenko: "Çoxvektorlu siyasət Belarusu Rusiyadan uzaqlaşdırmır"
17:42 / 29-09-2026
Putin Serb Respublikası rəhbərliyinin nümayəndələri ilə görüşəcək
17:39 / 29-09-2026
Lavrov: "ABŞ Trampın dövründə diplomatik əmlakla bağlı heç bir ümidverici şərh verməyib"
17:36 / 29-09-2026
Pakistan Avrasiya İqtisadi Birliyi ilə azad ticarət danışıqlarına 1 yanvar 2027-ci ildə başlayacaq
17:33 / 29-09-2026
Lavrov bildirib ki, ABŞ ilə qıcıqlandırıcı amillərlə bağlı əlaqələrin vaxtı razılaşdırılır
17:28 / 29-09-2026
Fövqəladə Hallar Nazirliyi: Qırmızı mağarada turistləri xilas etmək üçün 28 mütəxəssis səfərbər edilib
17:23 / 29-09-2026
Keçmiş çinli məmur 39 milyon dollar rüşvətə görə edama məhkum edildi
14:46 / 29-09-2026
Yeddi regional qubernator parlament mandatlarından imtina edib
14:44 / 29-09-2026
İspaniyaya viza haqqı 1500 rubl artıb
14:42 / 29-09-2026
Bir ayı qəbiristanlığa yaxınlaşaraq məzar qazıb
14:36 / 29-09-2026
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
01:39 / 29-09-2026
37 yaşlı yeni başçının - Dosyesi
01:34 / 29-09-2026
Yeni təyin olunan icra başçısı onun müavini imiş
21:49 / 28-09-2026
Fransada şirin suda yaşayan bir mosasaur aşkar edilib
21:46 / 28-09-2026
Dodik Rusiyaya səfəri zamanı Putinlə görüşməyə ümid edir
21:43 / 28-09-2026
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
21:41 / 28-09-2026
Rusiyanın Serbiyadakı səfiri: "Vuçiç milli lider statusu qazanıb"
21:02 / 28-09-2026
WSJ: Kanada Trampa görə enerji nəhəngi ola bilər
20:59 / 28-09-2026
Səfir Botsan-Xarçenko: "Rusiya ilə münasibətlər Serbiyanın iqtisadiyyatına təsir edib"
20:56 / 28-09-2026
Venesueladan ABŞ-a ixrac edilən qızıl alıcı tapa bilmir
20:50 / 28-09-2026
Yəmən husilərlə mübarizə üçün ümumi səfərbərlik elan etdi
20:45 / 28-09-2026
Rusiyalı millət vəkili AB müdafiə nazirlərinin görüşü ilə bağlı şərh verdi
20:42 / 28-09-2026
Terrorizmdə ittiham olunan keçmiş model Xodorkovskinin qızından vəsait alıb
17:55 / 28-09-2026
Peskov Putinin Ukrayna təklifləri ilə bağlı mövqeyini tam adlandırdı
17:46 / 28-09-2026
FSB: Britaniyada yaradılan RDS Rusiyada hakimiyyəti ələ keçirmək istəyənlər tərəfindən istifadə olunur
17:43 / 28-09-2026
AB-nin ən dəyərli şirkətinin baş direktoru: "Həddindən artıq məhdudiyyətlər ümidsizliyə səbəb olur"
17:39 / 28-09-2026
Çində keçirilən tennis turnirinin finalına vəsiqə qazandı
17:34 / 28-09-2026
Ukrayna Baş naziri ölkənin internet xidmətindən məhrum edilə biləcəyini etiraf etdi
17:29 / 28-09-2026
Ekspert: "Ukraynanın çökən iqtisadiyyatı Qərbə getdikcə daha çox xərc çəkir"
Vüqar Rəhimzadə: "Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin tarixi var"
Tarix: 27-05-2026 00:14 | Bölmə: Sosial

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycanın keçmişdən gələcəyə doğru atdığı inamlı addımları 182 ölkədən 45 mindən artıq iştirakçıya təqdim edir
Mayın 17-dən başlayaraq Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu qlobal urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edən Azərbaycanın 182 ölkədən 45 mindən artıq qeydiyyatdan keçmiş iştirakçını bir araya gətirməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun təqdimatıdır. Mayın 22-dək davam edəcək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan bu mötəbər beynəlxalq tədbir BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil edilir və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma hesab olunur. Forumun açılış mərasimində, həmçinin bu nüfuzlu beynəlxalq tədbir çərçivəsində keçirilən Liderlərin Sammitində səsləndirilən fikirlər Azərbaycanın malik olduğu zəngin şəhərsalma təcrübəsinin yüksək səviyyədə dəyərləndirildiyini, bu toplantının uğurlu nəticələrlə yadda qalacağına böyük əminliyin ifadəsi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışında böyük əminliklə qeyd etdiyi kimi, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Bu mühüm məqam da xüsusi vurğulandı ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir.

Son illərdə Azərbaycan və UN-Habitat bir sıra mühüm təşəbbüsləri birgə həyata keçiriblər. Belə ki, 2022-ci ildə Ağdam şəhərində 1-ci, 2023-cü ildə Zəngilanda 2-ci, 2025-ci ildə isə Xankəndi şəhərində 3-cü Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Bu tədbirlər Azərbaycanın şəhərsalma sahəsində topladığı təcrübənin, tətbiq etdiyi innovativ yanaşmaların və dayanıqlı inkişaf modelinin beynəlxalq müstəvidə təqdimatı baxımından mühüm platformaya çevrilib. Regionda ilk dəfə təşkil edilən bu forumlar şəhərsalma ilə bağlı ən dolğun və geniş müzakirələrin aparıldığı beynəlxalq platforma rolunu oynayıb. Azərbaycan Milli Şəhərsalma forumlarının uğurlu nəticələri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının da yüksək səviyyədə keçirilməsi ilə yanaşı, mühüm nəticələrin əldə ediləcəyinə böyük əminlik yaratmışdı. Azərbaycanın bu günədək ev sahibliyi etdiyi hər bir mötəbər beynəlxalq tədbirə yüksək təşkilatçılıq səviyyəsində hazırlaşması, gündəmə gətirdiyi mövzuların aktuallığı və günümüzün çağırışları ilə vəhdət təşkil etməsi ilə diqqətdə olub. Ümumiyyətlə, qlobal problemlərin həllinə Azərbaycanın verdiyi töhfələr göz qabağındadır. 2024-cü ildə ölkəmizin ev sahibliyi etdiyi COP29 iqlim konfransı bir daha bu reallığı təsdiqlədi ki, qlobal problemlərin həlli beynəlxalq səviyyədə birgə səylərin göstərilməsini, ümumi yanaşmanın ortaya qoyulmasını tələb edir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, ölkəmizin ev sahibliyi etdiyi hər bir beynəlxalq tədbir Azərbaycan haqqında dolğun məlumatların əldə olunmasına geniş imkanlar açır. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası da beynəlxalq əhəmiyyəti ilə diqqətdədir. Prezident İlham Əliyevin çıxışında bildirdiyi kimi, Bakıda keçirdikləri bu günlər ərzində bir çox qonaqlarımız, ilk dəfə səfər edən qonaqlar ölkəmizi daha yaxşı tanıyacaqlar və Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşdiyini vurğulayan dövlət başçısı bunun bizim memarlığımızda da öz təzahürünü tapdığını qeyd etdi. Bildirdi ki, Bakı həm qədimlik, həm yenilik, həmçinin tarixi irsin qorunması, həm müasir üslubda şəhərsalmanın inkişafı baxımından aydın şəkildə onu göstərir ki, bizim ulu babalarımızın istedadı olub, tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq. Şəhərsalma nəinki Bakı üçün, bir çox Azərbaycan şəhərləri üçün elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik. “Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Mən onlardan bəzilərini qeyd edəcəyəm” söyləyən Prezident İlham Əliyev diqqəti vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerə - Şamaxıya yönəldərək burada 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən birinin olduğunu vurğuladı. Bununla yanaşı, bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsindən bəhs etdi. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncənin bu gün Bakı kimi inkişaf etdiyini, tarixi simasını qoruduğunu vurğulayan Prezident İlham Əliyev, həmçinin Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələrin olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırdı. Eyni zamanda, bildirdi ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib.
Təbii ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin keçmişi olduğunu təsdiqləyən xeyli sayda faktları sadalaya bilərik. Bu da təkzibolunmaz faktdir ki, Azərbaycanda hər dövrün çağırışlarına uyğun olaraq qabaqcıl yanaşmaları və milli təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsi sayəsində şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələri yaradıllb.
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan dövləti belə qlobal beynəlxalq tədbirə ev sahibliyi etməklə bir daha şəhərsalmaya, onun inkişafına olan diqqətini, yeniliklərə, təkmilləşməyə verdiyi önəmi nümayiş etdirir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, biz qədim tariximizlə qürur duyuruq. Bütün bunlar bizim, sadəcə, musiqi və şeirimizdə deyil, eyni zamanda, memarlıq abidələrimizdə öz əksini tapmaqdadır. Hazırda hökumətin qarşısında duran əsas vəzifələrdən birinin Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, bu ərazilər 30 ilə yaxın Ermənistanın işğalı altında oldu. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır.
Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq işləri ilə dünyaya şəhərsalmanın müasir təcrübəsini təqdim edir. Ölkəmizdə səfərdə olan tədbir iştirakçıları bu reallıqları yaxından görmək imkanı qazanıblar. Bu gün azad Qarabağımız və azad Şərqi Zəngəzurumuz hazırda Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində mərhələ-mərhələ sakinlərinə qovuşur. Onların yüksək həyat səviyyəsinin təmin edilməsi üçün bu torpaqlarda yaradılan şəraitdən geniş bəhs edən Prezident İlham Əliyev bildirdi ki, yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və məşğulluğun təmin edilməsi hökumətimizin ən mühüm hədəflərindən biridir.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin çıxışında diqqət yönəltdiyi istiqamətlərdən biri ətraf mühit sahəsində görülən işlər oldu. Bakıda həyata keçirilən Ağ Şəhər və “Sea Breeze” layihələrindən bəhs edən dövlət başçısı vurğuladı ki, Bakı hələ 1846-cı ildə dünyada ilk dəfə neft hasil etmiş şəhər olub və sonra 180 il ərzində ətraf mühitin qorunmasına sıfır dərəcə riayət edilib. Bakı çox çirklənib və Bakının Qara şəhər, Bibiheybət və Böyükşor kimi bəzi hissələrini qeyd etsəm, ola bilsin, əcnəbilər üçün bu, bir məna kəsb etmir. Lakin əgər vaxt tapıb həmin yerləri ziyarət etsəniz, bəzi videomateriallara və ya şəkillərə baxsanız, onların 20 il öncə və indi necə göründüyünü, Bakıda ətraf mühitə uyğun məkanın yaradılması üçün görülmüş işləri təsəvvür edərsiniz. Müasir şəhərsalmanın nümunəsi olan Ağ şəhəri yaratmışıq. Prezident İlham Əliyev şəhərsalmanın inkişafının digər təzahürü kimi isə “Sea Breeze”i vurğuladı və qonaqlara sahilyanı zonada yerləşən həmin yerə baş çəkməyi tövsiyə etdi. Bu rəqəmlər də diqqətə çatdırıldı ki, son 20 il ərzində Bakıda 100 park və ictimai yer, bağlar yaradılıb. Onların 19-u tam yenilənib. İctimai nəqliyyata, mikromobilliyə, metro və elektrik enerjisi ilə işləyən müasir avtobuslara sürətli çıxışı olan və ətraf mühitə uyğun şəhərlər paytaxt və nəinki paytaxt üçün, bütöv konsepsiyanın tərkib hissələri kimi icra olunur.
Bunlar Azərbaycanda şəhərsalma və ətraf mühitin qorunması istiqamətində görülən işlərin az bir hissəsidir. Dayanıqlı iqtisadi inkişafa malik olan Azərbaycan bütün sahələrdə zəngin təcrübəsi ilə diqqətdədir. Daim irəliyə baxmağa, əldə edilən uğurlarla kifayətlənməməyə çağırışlar edən Azərbaycan hər günü tarixinə mühüm uğurlar yazmağı hədəfləyir və buna yüksək səviyyədə nail olur. Bu baxımdan Prezident İlham Əliyev çıxışında tədbir iştirakçılarına “Mən, həmçinin Bakının bələdçisi kimi danışa bilərəm, lakin düşünürəm ki, sizin üçün onları öz gözünüzlə görsəniz daha yaxşı olar” çağırışını etdi.
Vüqar Rəhimzadə qeyd edib ki, Forum çərçivəsində Prezident İlham Əliyevin bu və ya digər ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşləri də Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatıdır. Həmin görüşlərdə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində və Forum çərçivəsində keçirilən Liderlər Sammitindəki çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının mühüm dialoq mərkəzinə çevrilməsi, eləcə də işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri yüksək qiymətləndirildi. Bu məqam da xüsusi vurğulandı ki, Bakı elə bir məkana çevrilib ki, burada hər kəs gələcəkdən bəhs edir.
Baxış sayı: 225
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
Bu gün, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil
6-09-2026, 20:12
150-dən çox insan keçiddə qatarla yük maşınının toqquşmasının nəticələrinin aradan qaldırılması üzərində işləyir
3-09-2026, 18:25
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
3-09-2026, 18:13
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi
3-09-2026, 17:54
Xəsarət alan tələbəyə tibbi yardımın göstərilməsini izləyir
3-09-2026, 13:13
Ayı hücumundan möcüzəvi şəkildə xilas olub
3-09-2026, 13:10
Putin pələnglə görüşünü bəyan edib
1-09-2026, 22:06
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
1-09-2026, 20:10
Yeni Dehlinin mərkəzində iki qüllə əldə etdi