21:00 / 30-09-2026
Ulyanov Avstriya Prezidentinə ölkəsinin xəritəsinə baxmağı təklif etdi
20:58 / 30-09-2026
Makron Britaniyanı AB-yə geri dəvət etdi
20:46 / 30-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Ukrayna hərbi qaçaqmalçılığın fəal iştirakçısına çevrilib
20:42 / 30-09-2026
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
20:35 / 30-09-2026
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
20:31 / 30-09-2026
Uşaq Ombudsmanı Ofisi Rusiyada 32 uşağa yaxınları ilə yenidən qovuşmağa kömək etdi
20:27 / 30-09-2026
İsrail müdafiə naziri Flydubai reysində baş verən hadisəni terror aktı cəhdi adlandırdı
20:18 / 30-09-2026
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
20:11 / 30-09-2026
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar
20:00 / 30-09-2026
Putin Qroznının transformasiyasını və Kadırov komandasının nailiyyətlərini yüksək qiymətləndirdi
19:40 / 30-09-2026
Slutski: "Rusiya-ABŞ münasibətləri artıq sıfır səviyyəsində deyil"
19:37 / 30-09-2026
Taylandda daşqın nəticəsində ölənlərin sayı 40-a çatıb
19:31 / 30-09-2026
NATO-nun Baş katibi Mark Rutte Ukraynada işlərin yaxşı getdiyini bildirdi
19:29 / 30-09-2026
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
19:26 / 30-09-2026
Zaxarova Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşün perspektivlərini qiymətləndirdi
19:23 / 30-09-2026
Kanye Uest-in konsertinin ləğvindən sonra polis "Say" Agentliyi ilə bağlı araşdırmaya başlayıb
23:01 / 29-09-2026
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
18:35 / 29-09-2026
Bir şagird sinfinə hücum edərək müəllimini öldürüb
18:32 / 29-09-2026
Qazaxıstan hakimiyyəti Almaniyaya neft tədarükünü davam etdirməyə hazır olduqlarını açıqladı
18:29 / 29-09-2026
Argentina Britaniyaya Folklend adaları yaxınlığında neft hasilatını dayandırmaq üçün iki həftə vaxt verib
18:25 / 29-09-2026
ABŞ Ukraynanın təslim olması üçün vaxt çərçivəsini müzakirə edir
18:22 / 29-09-2026
Hərbi məhkəmə qətldə ittiham olunan general Ospanovu həbsdə saxlayıb
18:20 / 29-09-2026
Roskomnadzor Rusiya milli futbol komandasının keçmiş oyunçusu Smolova qarşı 300.000 rubl məbləğində iddia qaldırıb
18:03 / 29-09-2026
Kanye Uest-in Sankt-Peterburqdakı konserti baş tutmayacaq
17:56 / 29-09-2026
FIFA UEFA-nı İnfantino haqqında yalan məlumat yaymaqda ittiham edir
17:53 / 29-09-2026
Kreml bildirib ki, Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəməyəcək
17:51 / 29-09-2026
Müğənni Potap Ukraynanın Əməkdar artisti titulundan məhrum edilə bilər
17:46 / 29-09-2026
Lukaşenko: "Çoxvektorlu siyasət Belarusu Rusiyadan uzaqlaşdırmır"
17:42 / 29-09-2026
Putin Serb Respublikası rəhbərliyinin nümayəndələri ilə görüşəcək
17:39 / 29-09-2026
Lavrov: "ABŞ Trampın dövründə diplomatik əmlakla bağlı heç bir ümidverici şərh verməyib"
17:36 / 29-09-2026
Pakistan Avrasiya İqtisadi Birliyi ilə azad ticarət danışıqlarına 1 yanvar 2027-ci ildə başlayacaq
17:33 / 29-09-2026
Lavrov bildirib ki, ABŞ ilə qıcıqlandırıcı amillərlə bağlı əlaqələrin vaxtı razılaşdırılır
17:28 / 29-09-2026
Fövqəladə Hallar Nazirliyi: Qırmızı mağarada turistləri xilas etmək üçün 28 mütəxəssis səfərbər edilib
17:23 / 29-09-2026
Keçmiş çinli məmur 39 milyon dollar rüşvətə görə edama məhkum edildi
14:46 / 29-09-2026
Yeddi regional qubernator parlament mandatlarından imtina edib
14:44 / 29-09-2026
İspaniyaya viza haqqı 1500 rubl artıb
Azərbaycanın şəhərsalma modeli: qədim irslə müasir inkişafın vəhdəti
Tarix: 22-05-2026 00:15 | Bölmə: Sosial

Prezident İlham Əliyev: “Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir”
Hazırda şəhərsalma siyasəti dövlətlərin iqtisadi inkişafını, sosial rifahını və beynəlxalq nüfuzunu müəyyən edən əsas amillərdən birinə çevrilib. Şəhərlərin sürətlə böyüdüyü, urbanizasiya prosesinin geniş vüsət aldığı bir zamanda tarixi irsin qorunması ilə müasir inkişaf arasında düzgün balansın yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan son illərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq layihələri, müasir urbanizasiya siyasəti və tarixi-mədəni irsə göstərdiyi həssas münasibət ilə diqqət çəkən ölkələrdən biridir. 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası yalnız şəhərsalma sahəsində beynəlxalq müzakirələrin aparıldığı platforma deyil, həm də Azərbaycanın inkişaf modelinin dünyaya təqdim olunduğu mühüm tədbir oldu. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurlardan, gələcək hədəflərdən və beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Cənab Prezident çıxışında qonaqlara Bakının memarlığının özlləyindən danışıb: “Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir”. Bakının memarlıq simasında XIX əsrin sonu və XX əsrin əvvəllərində Avropa memarlığının təsiri də xüsusi yer tutur. Həmin dövrdə neft sənayesinin inkişafı nəticəsində Bakı dünyanın ən zəngin şəhərlərindən birinə çevrilmişdi. Şəhərə dəvət olunan Avropa memarları burada möhtəşəm binalar layihələndirmişdilər. Bu gün Bakının mərkəzi küçələrində yerləşən klassik üslublu tikililər Paris, Vyana və Sankt-Peterburq memarlıq məktəblərinin təsirini əks etdirir. Həmin binalar şəhərin tarixi görünüşünü zənginləşdirərək ona xüsusi estetik dəyər qazandırır. Məhz buna görə Bakı həm Şərq, həm də Avropa memarlıq üslublarının bir arada yaşadığı nadir şəhərlərdən hesab olunur. Bu sintez şəhərin özünəməxsus xarakterini formalaşdırır.
Azərbaycanın şəhərsalma modelinin ən mühüm xüsusiyyətlərindən biri tarixi irsin qorunmasına verilən xüsusi diqqətdir. Son illərdə ölkədə yüzlərlə tarixi abidə bərpa olunub, qədim məscidlər, karvansaralar və memarlıq kompleksləri yenidən istifadəyə verilib. Bu siyasət göstərir ki, Azərbaycan modernləşmə prosesini milli-mədəni dəyərlərdən uzaqlaşmadan həyata keçirir. Qədim irs müasir inkişafın qarşısında maneə kimi deyil, əksinə, onun ayrılmaz hissəsi kimi qəbul olunur. Azərbaycanın şəhərsalma təcrübəsi qədimliklə müasirliyin uğurlu vəhdətinin nümunəsidir. Bakı şəhəri isə bu modelin ən parlaq təcəssümüdür. İçərişəhərin qədim divarları, Bakı Bulvarının müasir görünüşü, Avropa memarlığının izləri və yeni urbanizasiya layihələri Azərbaycanın həm tarixə bağlı, həm də gələcəyə yönəlmiş dövlət olduğunu göstərir.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycanın bir çox bölgələrində şəhərsalma prosesi çox sürətlə inkişaf edir. Dövlət başçısı qeyd etdi ki, bu cür mötəbər beynəlxalq toplantılar və BMT nümayəndələrinin, eləcə də dünyanın müxtəlif ölkələrindən gələn ekspertlərin iştirakı Azərbaycanın daha çox təcrübə qazanmasına, müsbət nümunələri öyrənməsinə və keçmişdə edilən səhvlərdən nəticə çıxarmasına imkan yaradır. Bu fikirlər Azərbaycanın şəhərsalma siyasətində yeni mərhələnin başlandığını göstərir. Müasir dövrdə şəhərsalma yalnız yeni binaların tikintisi və infrastrukturun genişləndirilməsi demək deyil. Bu anlayış artıq ekoloji dayanıqlılıq, insanların rahat yaşayışı, nəqliyyat sistemlərinin optimallaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi və tarixi-mədəni irsin qorunması kimi geniş məsələləri əhatə edir.
Son illərdə Azərbaycan genişmiqyaslı quruculuq və abadlıq layihələri həyata keçirən ölkələrdən birinə çevrilib. Xüsusilə paytaxt Bakı və regionlarda aparılan infrastruktur layihələri ölkənin urbanizasiya siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Bakıda yeni yolların salınması, körpü və tunellərin inşası, parkların yaradılması, ictimai nəqliyyat sisteminin yenilənməsi və müasir yaşayış komplekslərinin tikilməsi şəhərin simasını tamamilə dəyişib. Son illərdə həyata keçirilən layihələr nəticəsində paytaxt yalnız regionun deyil, bütövlükdə Avrasiyanın ən müasir şəhərlərindən birinə çevrilməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, şəhərsalma sahəsində sürətli inkişaf yalnız Bakı ilə məhdudlaşmır. Azərbaycanın müxtəlif bölgələrində yeni yaşayış məntəqələri salınır, rayon mərkəzləri yenidən qurulur və müasir infrastruktur layihələri həyata keçirilir.
Azərbaycanın şəhərsalma siyasətində ən mühüm istiqamətlərdən biri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesidir. Bu ərazilərdə aparılan işlər artıq region üçün yeni urbanizasiya modelinin formalaşdığını göstərir. Müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə qurulan yaşayış məntəqələrində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına üstünlük verilir. Burada yaşıl enerji texnologiyaları, rəqəmsal idarəetmə sistemləri, ekoloji təmiz nəqliyyat və dayanıqlı infrastruktur əsas prioritetlər hesab olunur. Yeni layihələr yalnız dağıdılmış şəhərlərin bərpasını deyil, həm də gələcəyin şəhərlərinin qurulmasını hədəfləyir. Bu yanaşma Azərbaycanın urbanizasiya siyasətində innovativ düşüncənin və strateji baxışın göstəricisi hesab olunur.
Bu gün Bakı qədim tarixi irslə müasir urbanizasiya modelinin birləşdiyi nadir şəhərlərdən biri hesab olunur. İçərişəhər kimi qədim memarlıq nümunələri ilə müasir göydələnlərin və innovativ layihələrin bir arada mövcudluğu şəhərə xüsusi estetik görünüş qazandırır. Şəhərin inkişafında tarixi irsin qorunması əsas prioritetlərdən biridir. Bu yanaşma Azərbaycanın modernləşmə prosesini milli-mədəni dəyərlərlə uzlaşdırmaq siyasətinin göstəricisidir.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun və şəhərsalma sahəsində artan rolunun növbəti təsdiqi oldu. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər ölkənin urbanizasiya siyasətinin gələcək istiqamətlərini və prioritetlərini aydın şəkildə ortaya qoydu. Bu gün Azərbaycan sürətli inkişaf yolu ilə irəliləyərək müasir şəhərsalma modelini formalaşdırır. Beynəlxalq təcrübədən faydalanmaq, keçmiş səhvlərdən nəticə çıxarmaq və dayanıqlı şəhərlər qurmaq ölkənin əsas hədəflərindən biridir. Bütün bunlar Azərbaycanın gələcəkdə də regionun ən müasir və innovativ dövlətlərindən biri kimi mövqeyini daha da gücləndirəcəyini göstərir.
Ağayev Nəbi Baba oğlu,
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun
PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri
Baxış sayı: 351
Bölməyə aid digər xəbərlər

Bu gün, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
Dünən, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
Dünən, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil
6-09-2026, 20:12
150-dən çox insan keçiddə qatarla yük maşınının toqquşmasının nəticələrinin aradan qaldırılması üzərində işləyir
3-09-2026, 18:25
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
3-09-2026, 18:13
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi
3-09-2026, 17:54
Xəsarət alan tələbəyə tibbi yardımın göstərilməsini izləyir
3-09-2026, 13:13
Ayı hücumundan möcüzəvi şəkildə xilas olub
3-09-2026, 13:10
Putin pələnglə görüşünü bəyan edib