Bütün xəbərlər
Qazaxıstan Qızıl Ordanın şərəfinə sikkə buraxacaq
Tarix: 12-05-2026 18:19 | Bölmə: Sosial


Qazaxıstan Milli Bankı Qızıl Ordanın şərəfinə kolleksiya sikkəsi buraxır. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, min nüsxə zərb edilib.
Sikkə qızıl örtüklü 925 əyarlı gümüşdən hazırlanıb.Çəkisi 62,2 qram, diametri isə 50 mm-dir. Sikkənin nominalı 2000 təngədir.
Qazaxıstan Milli Bankının veb saytında sikkənin ölkə daxilində nominal dəyərində qəbul edilməsi məcburi olduğu bildirilir. Satışların başlama tarixi haqqında məlumat tənzimləyicinin rəsmi saytında yerləşdiriləcək.
Qızıl Orda Avrasiyanın geniş ərazilərini əhatə edən XIII-XV əsrlərə aid monqol-tatar feodal dövləti idi.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər
16-04-2026, 22:37 105 yaşında vəfat edib