01:11 / 06-05-2026
Sənət dastanı
Bütün xəbərlər
Partlayışda xəsarət alan həkim öldü
Tarix: 06-05-2026 00:16 | Bölmə: Sosial

partlayisda-xesaret-alan-hekim-oldu


Aprelin 30-u Milli Onkologiya Mərkəzində baş verən partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb.
O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
“Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirlinin vəfatından dərin kədər hissi keçirdiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin”,- paylaşımda deyilir.
Xatırladaq ki, 1988-ci il təvəllüdlü Mübariz Əliyev qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni MOM-un Radiologiya şöbəsində partladıb. Hadisə nəticəsində M.Əliyev vəfat edib, həkim A.Nəsirli isə ağır xəsarət almışdı.



Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər
16-04-2026, 22:37 105 yaşında vəfat edib