Bütün xəbərlər
Dominikan Respublikasından deportasiya edilib
Tarix: 21-04-2026 22:44 | Bölmə: Sosial


1,1 milyard rubldan çox vergidən yayınmaqda ittiham olunan Rusiya vətəndaşı Dominikan Respublikasından deportasiya edilib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk məlumat verib.
Rusiya vətəndaşı İnterpolun axtarış siyahısına salınıb. Dominikan Respublikası rəsmiləri onu Santo Dominqo hava limanında Rusiya polisinə təhvil veriblər.
O, xüsusilə böyük miqyasda əlbir hərəkət edən bir qrup şəxs tərəfindən vergidən yayınmaqda ittiham olunur.
RUSİYA DAXİLİ İŞLƏR NAZİRLİYİNİN RƏSMİ NÜMAYƏNDƏSİ TƏRƏFİNDƏN MƏLUMAT VERİLİB.
İstintaq orqanları Rusiya Cinayət Məcəlləsinin 199-cu maddəsinin 2-ci hissəsi ilə cinayət işi açıblar.
Rusiya polisinin məlumatına görə, 2017-ci ildən 2020-ci ilə qədər təqsirləndirilən şəxs kommersiya müəssisəsinin faydalı ortaq sahibi və direktoru olub. Əlavə dəyər vergisindən yayınmaq üçün o və onun əlbirləri uydurma məlumatlar ehtiva edən bəyannamələr təqdim ediblər. Bu hərəkətlərdən dəyən ziyan 1,1 milyard rubldan çox olub.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər
16-04-2026, 22:37 105 yaşında vəfat edib