22:37 / 16-04-2026
105 yaşında vəfat edib
Bütün xəbərlər
Millət vəkili Könül Nurullayeva vətəndaşlarla növbəti dəfə görüş keçirib
Tarix: 18-04-2026 12:43 | Bölmə: Sosial

Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Nizami rayonu, Qara Qarayev prospekti 36, 38, Nəsimi küçəsi 12 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub.

Sabaha-inamla.az-a verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.




Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər
16-04-2026, 22:37 105 yaşında vəfat edib