Bütün xəbərlər
Prezidentin yeni Mətbuat katibi kimdir?
Tarix: 13-04-2026 18:31 | Bölmə: Sosial

prezidentin-yeni-metbuat-katibi-kimdir



Xəbər verdiyimiz kimi, Orxan Səttarov  Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib.
Sabaha-inamla.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Orxan Səttarov bu təyinatadək Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri vəzifəsini tutub.
O, əvvəllər “Vestnik Kavkaza” informasiya agentliyində çalışıb.
Orxan Səttarovun qardaşı İsmət Səttarov isə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədridir.
Qeyd edək ki, İ. Səttarov daha öncə  “ARB Media Qrupu”n rəhbəri olub.



Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər