22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
19:41 / 22-11-2026
Almaniya Avropanın hava hücumundan müdafiə sahəsində ABŞ-dan asılı olduğunu etiraf edib
19:36 / 22-11-2026
Böyük Britaniyanın iddialarına görə, Vuçiç Tramp oteli ilə bağlı məmurları "axmaq" adlandırıb
19:32 / 22-11-2026
Böyük bir partiya siqaret qaçaqmalçılığında şübhəli bilinən şəxs həbs edilib
19:29 / 22-11-2026
Jirinovski Rusiya, Çin və ABŞ liderləri arasında görüşü proqnozlaşdırdı
19:26 / 22-11-2026
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19:21 / 22-11-2026
Otellər və suvenir mağazaları yanıb
19:17 / 22-11-2026
Böyük Britaniya bir sıra seçkilərdən sonra Avropa İttifaqı iflic vəziyyətinə düşə bilər, bəyan edib
16:55 / 21-11-2026
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü qeyd olunub - Fotolar
16:47 / 21-11-2026
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
16:36 / 21-11-2026
Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunmasında mühüm siyasi institut kimi formalaşıb-Könül Nurullayeva
12:27 / 20-11-2026
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
11:55 / 20-11-2026
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
11:48 / 20-11-2026
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
11:33 / 20-11-2026
Ağdamın gələcək inkişafında istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması mühüm yer tutur”-Könül Nurullayeva
11:01 / 20-11-2026
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
17:42 / 19-11-2026
Putin Çin və ABŞ liderləri ilə görüşlərin davam etməsini istədiyini bildirib
17:35 / 19-11-2026
Tramp Si və Putinlə üçtərəfli görüşdən sonra Çini tərk edir
16:44 / 19-11-2026
Lavrov Putin-Tramp görüşündə və üçtərəfli görüşdə atmosferi qiymətləndirdi
16:28 / 19-11-2026
Putin, Tramp və Si Cinpinq arasında keçirilən görüşdən sonra birgə bəyanat verilməyib
Vüqar Rəhimzadə: "Dövlət qulluğunda yeni əməkhaqqı modeli dünya təcrübəsində mövcuddur və müsbət nəticələrə yol açır"
Tarix: 02-04-2026 22:17 | Bölmə: Sosial

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd edildiyi kimi, uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkə əhalisinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçib. Sözügedən sənəddə yer alan beş prioritetdən biri dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətdir. Əsas çağırışlardan biri budur ki, iqtisadiyyatın davamlı inkişafı gəlirlərin ədalətli bölgüsünü təmin etməli, əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahını artırmalıdır. Qeyri-formal məşğulluğun həcmi müəyyənləşdirilməli və qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməli, gəlirlərin leqallaşdırılması istiqamətində işlər görülməlidir.
Təbii ki, hər bir çağırış ölkənin dayanıqlı inkişafının təmin edilməsinə, Azərbaycanın sosial dövlət kimi qazandığı imicə yeni əlavələrin olunmasına xidmət edir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, hər dövrün çağırışlarının olması öz növbəsində idarəetmə sistemində təkmilləşməni, kadr hazırlığını və gənclərin dövlət idarəçiliyində irəli çəkilməsini bir zərurət kimi qarşıya qoyur. Bu baxımdan Azərbaycanın islahatlar ölkəsi kimi nüfuz qazanması özündə mühüm məqamları ehtiva edir. Xususi vurğulamaq gərəkdir ki, Azərbaycanda təkmil idarəetmə sisteminin mövcudluğu beynəlxalq səviyyədə təqdir edilir. Bu baxımdan Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, DOST layihələrinin uğurlu icrasını və bunun nəticəsində vətəndaş məmnunluğunun artırılmasını xüsusi qeyd etmək istərdik. Ölkəmizdə səfərdə olan bu və ya digər dövlətlərin rəsmilərinin keçirilən görüşlərdə, həmçinin imzalanan sənədlərdə Azərbaycanın “ASAN xidmət” təcrübəsindən bəhrələnməyə xüsusi maraq göstərmələri bunu bir daha sübut edir. Dövlət idarəçilik sistemində yeniliklərdən bəhs edərkən ölkəmizdə vitse-prezidentlik institutunun yaradılmasını da xüsusi qeyd edə bilərik. Həmçinin hazırda azad edilmiş ərazilərimizdə müasir çağırışlara uyğun idarəetmə sisteminin yaradılması da Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir. Ümumiyyətlə, ölkəmizdə işin keyfiyyətinin artırılması, səmərəliliyin təmin edilməsi əsas prioritetlər sırasındadır. Bu istiqamətdə atılan addımlar davamlılığı ilə diqqətdədir. Azərbaycanın dövrün çağırışlarına uyğun olaraq islahatlar prosesini uğurla davam etdirməsi beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasını, ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirməsini şərtləndirir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı diqqətə çatdırıb ki, bu islahatların davamı kimi dövlət qulluqçularının əmək haqlarının da təkmilləşdirilməsini və daha rəqabətqabiliyyətli bir sistemin formalaşdırılmasını qeyd edə bilərik. Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan institusional islahatları davam etdirməyə, dövlət qulluğunda əməkhaqqı sisteminin daha müasir, təkmil şəkildə qurularaq vahid struktur əsasında optimal, şəffaf və balanslı, sabit və effektiv modelə keçirilməsinə imkan yaradır. Dövlət qulluqçularında əlavələrin ləğv edilməsi və bu əlavələrin onların vəzifə maaşlarının baza hissəsinə daxil edilməsi əməkhaqqının vahid strukturunun müəyyən edilməsinə, daha aydın, sabit, ədalətli olmasına imkan yaradır. Maliyyə intizamının gücləndirilməsi, şəffaflığın təmin edilməsi, hər bir məsələdə ictimai nəzarətin gücləndirilməsi dayanıqlı inkişafa hədəflənən addımlardandır. Mürəkkəb və qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsi, kollektiv və fərdi mükafatların ləğv edilərək yeni vahid və nəticəyönümlü əməkhaqqı strukturunun müəyyən olunması beynəlxalq təcrübəyə uyğundur. Azərbaycan hər zaman yeniliyə, təkmilləşməyə xüsusi önəm verir. Beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqi də bunun bariz nümunəsidir. Şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi dövlətimizin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət qulluğunda əməkhaqqı sisteminin yenilənməsi ilə bağlı mühüm dəyişikliklər bu gün ölkə mətbuatında geniş təhlil edilir. Azərbaycan atdığı bu kimi mühüm addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir. Son illərdə ölkəmizdə 5 sosial paketin icra olunması iqtisadi inkişafın təkmil sosial siyasətlə tamamlandığını təsdiqləyir. Sözügedən dəyişikliklər “Dövlət qulluğu haqqında” Qanunda öz əksini tapır. Bu dəyişikliklər idarəetmədə etimadın möhkəmlənməsinə, əmək münasibətlərində ədalət prinsipinin təmin olunmasına, dövlət qulluqçularının fəaliyyətində nəticəyönümlü yanaşmanın güclənməsinə xidmət edir. Bu dəyişikliklər gənc kadrların dövlət xidmətinə cəlb edilməsinə stimul verəcək. Belə ki, dövlət qulluğuna yeni qəbul olunan şəxslərin maaşının əlavələrə görə aşağı olması gənc kadrların özəl sektora yönləndirirdi. Artıq dövlət qulluğu daha cəlbedici olacaq. “Dövlət qulluğu haqqında” Qanunda əksini tapan dəyişikliklər yalnız sosial xarakter daşımır, eyni zamanda, dövlət idarəçiliyində səmərəliliyi və şəffaflığı artıracaq. Qeyd etdiyimiz kimi, belə əməkhaqqı modeli dünya ölkələrinin təcrübəsində mövcuddur və müsbət nəticələrə yol açır. Azərbaycanın təcrübəsinə beynəlxalq aləmdə dəstək, eyni zamanda, bu və ya digər ölkələrdə təcrübədə təsdiqini tapan modelin ölkəmizdə tətbiqi müsbət addımdır. Təcrübə mübadiləsi daim inkişafa yol açan amillərdəndir.
Milli Məclisin deputatı ümumiləşdirilmiş şəkildə qeyd edib ki, dövlət qulluğu sahəsində yeni əməkhaqqı modelinə keçid bu sahəyə peşəkar mütəxəssislərin, habelə gənc, istedadlı və peşəkar kadrların cəlb olunmasının stimullaşdırılmasına, eyni zamanda, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.
Baxış sayı: 508
Bölməyə aid digər xəbərlər

Dünən, 22:27
Dağ aşırımında dörd qadın turist itkin düşüb
Dünən, 19:21
Otellər və suvenir mağazaları yanıb
21-11-2026, 16:47
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
20-11-2026, 11:01
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
19-11-2026, 08:58
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
17-11-2026, 18:32
Təmizlikçi qadın maaşının gecikməsi səbəbindən vəfat edib
17-11-2026, 14:14
Hakerlər Zoom, IKEA və 176 digər təşkilatın veb saytlarını zərərli kodla yoluxdurublar
16-11-2026, 17:57
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
16-11-2026, 11:58
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
15-11-2026, 19:25
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
15-11-2026, 18:24
Yaşayış binasını vuran PUA işə düşmədi
15-11-2026, 17:34
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
15-11-2026, 17:31
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
12-11-2026, 23:02
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
12-11-2026, 22:48
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
11-11-2026, 22:00
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
11-11-2026, 21:28
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
10-11-2026, 23:00
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
10-11-2026, 18:37
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
10-11-2026, 18:11
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
10-11-2026, 17:43
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
9-11-2026, 17:25
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
5-11-2026, 18:31
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
3-11-2026, 18:55
Dəvələrin tutulmasının görüntüləri yayılıb
3-11-2026, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
28-10-2026, 20:53
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
28-10-2026, 20:32
Yoqa dərsindən sonra insult keçirib
28-10-2026, 16:41
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
27-10-2026, 23:35
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
27-10-2026, 09:10
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
26-10-2026, 23:46
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
26-10-2026, 21:31
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
26-10-2026, 20:50
16 mindən çox müştəri elektriksiz qalıb
25-10-2026, 09:55
BƏƏ-də OBS Qlobal ikinci günü
24-10-2026, 09:57
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
22-10-2026, 16:42
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
22-10-2026, 16:38
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
19-10-2026, 18:30
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
18-10-2026, 21:52
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi