Bütün xəbərlər
Andrey Tacibayev vəfat edib
Tarix: 11-02-2026 11:21 | Bölmə: Sosial

"Ya unutmusunuz, ya da bilmirdiniz?" memi ilə tanınan Andrey Tacibayev Ukraynada xüsusi hərbi əməliyyat zonasında vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kirov Vilayəti Jurnalistlər Birliyi məlumat verib.
Tacibayev könüllü olaraq 2025-ci ilin may ayında döyüş zonasına gedib.
"Andrey Tacibayev vəfat edib. Andrey Abdukayumoviç Tacibayevlə vida mərasimi 12 fevral 2026-cı ildə keçiriləcək", - Birliyin rəsmi Telegram kanalında bildirilib.
Dəfn mərasimi kremasiyadan sonra 16 fevralda keçiriləcək.
Andrey Tacibayev "Vyatka Krai" qəzetinin keçmiş baş redaktoru və Kirov Vilayəti üzrə Dövlət Yol Müfəttişliyinin birinci şöbəsinin keçmiş rəhbəridir. O, jurnalistlərlə görüş zamanı tabeliyində olan şəxslə söhbətindən sonra ortaya çıxan mem sayəsində internetdə məşhurlaşıb.



Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər