Bütün xəbərlər
Rəis müavini böyük miqdarda rüşvət almaqda ittiham olunur
Tarix: 31-01-2026 19:50 | Bölmə: Sosial

Fövqəladə Hallar Nazirliyinin Tədqiqat İnstitutunun rəis müavini İqor Sosunov xüsusilə böyük miqdarda rüşvət almaqda ittiham olunur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin birgə mətbuat xidməti məlumat verib.
Onun həbs qərarı Zamoskvoretski Rayon Məhkəməsi tərəfindən 31 yanvarda verilib.
"Zamoskvoretski Rayon Məhkəməsi xüsusilə böyük miqdarda rüşvət almaqda ittiham olunan İqor Vladimiroviç Sosunov üçün məhkəməyəqədər həbs qətimkan tədbiri seçib", - deyə, mətbuat xidmətinin Telegram kanalında dərc olunmuş açıqlamada bildirilir.
Həmin günün əvvəlində Ümumrusiya Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Tədqiqat İnstitutunun Qoruyucu Tədbirlərin Təkmilləşdirilməsi üzrə Elmi Tədqiqat Mərkəzinin rəhbəri Nikolay Posoxovun eyni işlə əlaqədar ev dustaqlığına buraxıldığı bildirilmişdi.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər
17-01-2026, 22:06 450 icma elektriksiz qalıb