17:36 / 29-09-2026
Pakistan Avrasiya İqtisadi Birliyi ilə azad ticarət danışıqlarına 1 yanvar 2027-ci ildə başlayacaq
17:33 / 29-09-2026
Lavrov bildirib ki, ABŞ ilə qıcıqlandırıcı amillərlə bağlı əlaqələrin vaxtı razılaşdırılır
17:28 / 29-09-2026
Fövqəladə Hallar Nazirliyi: Qırmızı mağarada turistləri xilas etmək üçün 28 mütəxəssis səfərbər edilib
17:23 / 29-09-2026
Keçmiş çinli məmur 39 milyon dollar rüşvətə görə edama məhkum edildi
14:46 / 29-09-2026
Yeddi regional qubernator parlament mandatlarından imtina edib
14:44 / 29-09-2026
İspaniyaya viza haqqı 1500 rubl artıb
14:42 / 29-09-2026
Bir ayı qəbiristanlığa yaxınlaşaraq məzar qazıb
14:36 / 29-09-2026
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
01:39 / 29-09-2026
37 yaşlı yeni başçının - Dosyesi
01:34 / 29-09-2026
Yeni təyin olunan icra başçısı onun müavini imiş
21:49 / 28-09-2026
Fransada şirin suda yaşayan bir mosasaur aşkar edilib
21:46 / 28-09-2026
Dodik Rusiyaya səfəri zamanı Putinlə görüşməyə ümid edir
21:43 / 28-09-2026
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
21:41 / 28-09-2026
Rusiyanın Serbiyadakı səfiri: "Vuçiç milli lider statusu qazanıb"
21:02 / 28-09-2026
WSJ: Kanada Trampa görə enerji nəhəngi ola bilər
20:59 / 28-09-2026
Səfir Botsan-Xarçenko: "Rusiya ilə münasibətlər Serbiyanın iqtisadiyyatına təsir edib"
20:56 / 28-09-2026
Venesueladan ABŞ-a ixrac edilən qızıl alıcı tapa bilmir
20:50 / 28-09-2026
Yəmən husilərlə mübarizə üçün ümumi səfərbərlik elan etdi
20:45 / 28-09-2026
Rusiyalı millət vəkili AB müdafiə nazirlərinin görüşü ilə bağlı şərh verdi
20:42 / 28-09-2026
Terrorizmdə ittiham olunan keçmiş model Xodorkovskinin qızından vəsait alıb
17:55 / 28-09-2026
Peskov Putinin Ukrayna təklifləri ilə bağlı mövqeyini tam adlandırdı
17:46 / 28-09-2026
FSB: Britaniyada yaradılan RDS Rusiyada hakimiyyəti ələ keçirmək istəyənlər tərəfindən istifadə olunur
17:43 / 28-09-2026
AB-nin ən dəyərli şirkətinin baş direktoru: "Həddindən artıq məhdudiyyətlər ümidsizliyə səbəb olur"
17:39 / 28-09-2026
Çində keçirilən tennis turnirinin finalına vəsiqə qazandı
17:34 / 28-09-2026
Ukrayna Baş naziri ölkənin internet xidmətindən məhrum edilə biləcəyini etiraf etdi
17:29 / 28-09-2026
Ekspert: "Ukraynanın çökən iqtisadiyyatı Qərbə getdikcə daha çox xərc çəkir"
17:25 / 28-09-2026
Səudiyyə Ərəbistanı pilotsuz təyyarə hücumlarından sonra boru kəməri vasitəsilə neft ixracını bərpa etdi
16:47 / 28-09-2026
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
16:43 / 28-09-2026
Üç xəstə və bir mühafizəçi dron hücumunda yaralanıb
16:40 / 28-09-2026
Usmanov və Fridman Litvada arzuolunmaz şəxslər elan edilib
16:35 / 28-09-2026
2100 il əvvəl batan gəminin yerində minlərlə boşqab və qab tapılıb
16:31 / 28-09-2026
AB Ukraynadakı hərbi missiyasını 2028-ci ilə qədər uzadıb
22:22 / 27-09-2026
Zaxarova Uspenskaya ilə Reznik arasındakı barışığa öz rolundan danışdı
22:19 / 27-09-2026
Vuçiç Serbiyadakı uğursuz "rəngli inqilab"ın əsl səbəblərini açıqladı
22:15 / 27-09-2026
İnsanlar üçün təhlükə yaradan dörd ayı məhv edilib
22:10 / 27-09-2026
Çaydan kişi cəsədi tapılıb
22:07 / 27-09-2026
Əlil arabasında olan qadına bara giriş icazəsi verilməyib
21:28 / 27-09-2026
Evin həyətində atəş açmaqda şübhəli bilinən kişilər saxlanılıb
21:24 / 27-09-2026
Yanğında üç nəfər həlak olub
NDU-nun rektoru media nümayəndələri üçün brifinq keçirib - Fotolar
Tarix: 30-01-2026 22:45 | Bölmə: Sosial
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün keçirdiyi brifinqdə 2025-ci ilin yekunları barədə geniş təqdimatla çıxış edib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rektor 2025-ci ilin Naxçıvan Dövlət Universiteti üçün uğurlar, yeniliklər və nailiyyətlərlə yadda qaldığını qeyd edib.
Bildirib ki, il ərzində universitet yalnız təhsil keyfiyyətinin yüksəldilməsi və tələbələrin elmi və sosial fəaliyyətlərinin inkişafı sahəsində deyil, həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi, mədəniyyət və incəsənət sahəsində tədbirlərin təşkili, habelə beynəlxalq reytinqlərdə yüksək mövqelərin əldə edilməsi istiqamətində mühüm nəticələr əldə edib.
Universitet həm ölkə, həm də dünya miqyasında qabaqcıl layihələrdə iştirak edib, tədris və elmi keyfiyyətin yüksəldilməsi, tələbələrin uğurları, startap layihələri, beynəlxalq mərkəzlər və yeni elmi tədqiqat infrastrukturunun yaradılması ilə təqdirəlayiq nailiyyətlər əldə edib. Akademik heyətin təcrübəsinin artırılması məqsədilə bir çox yerli və beynəlxalq təlimlər təşkil olunub.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 2025-ci ilin NDU üçün bir sıra strateji hədəflərin uğurlu icrası ilə yadda qaldığını qeyd edib, bütün istiqamətlərdə əldə olunan nəticələr barədə aşağıda sadalanan başlıqlar əsasında statistik məlumatları təqdim edib.
Elbrus İsayev çıxışında əvvəlcə təlim-tədris sahəsində qazanılan uğurlara diqqət çəkib.
Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetinə tələbə qəbulu zamanı ilk dəfə olaraq 600–700 intervalında bal toplayan tələbələrin sayında ciddi artım müşahidə olunub. Belə ki, ötən illə müqayisədə bu göstərici 41 nəfərdən 152 nəfərə yüksəlib, onlardan 1 nəfər Prezident təqaüdünə layiq görülüb. Eyni zamanda 500-dən yuxarı bal toplayaraq qəbul olunan tələbələrin sayı 337 nəfərdən 402 nəfərə çatıb. Dövlət sifarişi ilə qəbul olunan tələbələrin payı isə 46 faizdən 49 faizə yüksəldilib.
Bildirilib ki, yüksək göstəricilərə malik 142 nəfər tələbə ilk dəfə olaraq universitet tərəfindən təsis edilən 200 manat, 4 nəfər isə 250 manat məbləğində xüsusi təqaüdlə təmin olunub. Magistratura səviyyəsində 8 yeni ixtisaslaşma üzrə magistrant qəbulu aparılıb.
2024/2025-ci tədris ilində universitet tarixində rekord məzun göstəricisi qeydə alınıb. Həmin il 1645 nəfər bakalavr, 230 nəfər magistrant və 21 nəfər rezident məzun olub.
2024–2025-ci tədris ilinin II yarısında universitet üzrə 1544 nəfər tələbə 43 müəssisəyə təcrübəyə göndərilib. Onlardan 443 nəfər pedaqoji, 1101 nəfər isə istehsalat təcrübəsi keçib. 2025–2026-cı tədris ilinin ikinci yarısında keçiriləcək təcrübələr üçün Naxçıvan Muxtar Respublikasının 38 dövlət və özəl müəssisəsi ilə danışıqlar aparılıb və müqavilələr imzalanıb. Həmçinin 2024–2025-ci tədris ilində ilk dəfə olaraq müxtəlif ixtisaslar üzrə 39 nəfər tələbə Naxçıvan MR Ali Məclisində təcrübə keçib.
Məlumata görə, ilk dəfə olaraq Azərbaycan Dillər Universitetinin təcrübə bazalarında tərcümə ixtisasları, Mərkəzi Gömrük Hospitalında “Tibb” ixtisası, ARETN yanında Torpaqşünaslıq və Aqrokimya İnstitutunda isə “Torpaqşünaslıq və aqrokimya” ixtisasında təhsil alan tələbələrin təcrübələri təşkil olunub. Bundan əlavə, Türkiyə Respublikasının Qars Qafqaz Universitetində “Baytarlıq təbabəti” ixtisası üzrə 3, Trabzon Texniki Universitetində isə “Energetika mühəndisliyi” ixtisası üzrə 7 tələbənin təcrübəsi keçirilib.
İyul ayında tələbə, həkim və rezidentlər də daxil olmaqla 300 nəfərdən ibarət tələbə və müəllim heyəti Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində – Hacettepe, Qazi, Ankara və Yeditəpə universitetlərində yay istehsalat təcrübələrində və ixtisasartırma kurslarında iştirak edib.
Əcnəbi tələbələrin qəbulu üzrə ölkələrin sayı 14-dən 22-yə çatdırılıb. Universitet 1800 nəfər əcnəbi tələbə ilə bu göstərici üzrə ölkə liderliyini qoruyub saxlayıb. 2025-ci ildə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 12 əcnəbi tələbə qəbul edilib. Həmçinin universitetdə tədrisi ingilis dilində aparılan 7 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və nəticədə 121 nəfər həmin ixtisaslara qəbul olunub.
Rektorun sözlərinə görə, 2025-ci ildə universitetdə bir sıra yeni mərkəzlər ilk dəfə istifadəyə verilib. Bunlar Süni İntellekt Mərkəzi, Dayanıqlı İnkişaf Mərkəzi, akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzi, İnnovasiya Mərkəzi, İnkluziv Təhsil Mərkəzi, Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi, Ömürboyu Təhsil və Futurologiya Mərkəzi, eləcə də Konservatoriyada Elektron Filarmoniya – LOLA sistemidir.
Qeyd olunub ki, LOLA sistemi musiqiçilər və təhsil müəssisələri üçün aşağı gecikməli (low latency) onlayn ifa və əməkdaşlıq platformasıdır. Dünya üzrə cəmi 30 universitetin konservatoriyasında bu platforma mövcuddur və onlardan biri NDU-da fəaliyyət göstərir.
Elbrus İsayev 2025-ci ildə universitetdə elmi tədqiqat sahəsi üzrə əldə olunan nəticələr barədə məlumat verib.
Rektor bildirib ki, Tələbə Elmi Cəmiyyəti xətti ilə elmi tədqiqatla məşğul olan tələbələrin sayı əyani təhsil alan tələbələrin 24 faizinə çatıb. Bu çərçivədə tələbələrin onlarla elmi məqaləsi xarici və respublika jurnallarında, eləcə də konfrans materiallarında nəşr edilib. Tələbə məqalələrinin bir neçəsi Scopus bazalı, yüksək impakt faktorlu jurnallarda dərc olunub.
Elbrus İsayevin sözlərinə görə, 2025-ci il ərzində universitetdə bir sıra startap layihələri də reallaşdırılıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və “SUP VC” şirkətinin təşkilatçılığı ilə Azərbaycanın regionlarında keçirilən “İnnostart” layihəsinin “Grand Final” mərhələsində NDU-nun startapçıları uğur qazanıblar. Ümumilikdə 4 komanda qalib gəlib ki, onlardan ikisi Naxçıvan Dövlət Universitetini təmsil edib. “ImYen” və “Specdeaf” komandalarının hər biri 12 500 manat məbləğində investisiya dəyərində mükafat əldə edib. Qalib komandalar Türkiyənin Bilişim Vadisində inkubasiya proqramında iştirak etmək hüququ qazanıblar. Rektor qeyd edib ki, “İnnostart” müsabiqəsi çərçivəsində universitetin iki tələbə komandası ayrı-ayrılıqda 12 500 manat məbləğində investisiya əldə edib və 2025-ci ildə tələbə komandalarının ölkədaxili və beynəlxalq startap yarışları üzrə qazandığı mükafatların ümumi dəyəri 40 000 manat təşkil edib.
Rektorun açıqlamasına əsasən, 2025-ci ilin nəticələrinə görə universitet üzrə 3000-dən çox elmi nəşr qeydə alınıb. Bunların 150-si monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və metodiki vəsaitlərdən ibarət olub. Nəşr olunan 2000-dən çox məqalənin 1300-ü xaricdə dərc edilib və onlardan 300-dən çoxu Web of Science və Scopus bazalı nüfuzlu jurnallarda yer alıb. 600-dən çox tezisin isə 370-i xarici nəşrlərdə çap olunub. Bir akademik heyətə düşən nəşr sayı 5-dən çox olub. Elbrus İsayev bildirib ki, qeyd edilən bütün göstəricilər əvvəlki illərlə müqayisədə rekord nəticələrdir və 2025-ci ildə Scopus və Web of Science bazalarında yer alan nüfuzlu nəşrlərin sayı universitetin əvvəlki bütün dövrlər üzrə cəmi nəşr sayına çatıb.
Elbrus İsayev həmçinin vurğulayıb ki, ilk dəfə olaraq beynəlxalq kitabxana bazalarına – EBSCO, Clarivate (ProQuest Ebook Central, ProQuest Dissertations & Theses, ProQuest Multimedia) və Taylor & Francis platformalarına giriş imkanı yaradılıb və üzvlük sənədləri təsdiq edilib. Bununla da beynəlxalq elektron bazalardan istifadə imkanı bütün ixtisasları əhatə etməklə təxminən 40 milyona yaxın resursa çatdırılıb.
Rektor 2025-ci ildə universitetdə beynəlmiləlləşmə istiqaməti üzrə həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib.
Rektor bildirib ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsi universitetin əsas strateji prioritetlərindən biri olub.
Elbrus İsayevin sözlərinə görə, Türkiyənin Çankırı Karatekin Universiteti ilə ikili diplom proqramının icrası davam etdirilib. Eyni zamanda Macarıstanın Con fon Neyman Universiteti ilə kompüter mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının icrasına başlanılıb. Amerikanın Corc Vaşinqton Universiteti ilə “Səhiyyənin idarəedilməsi” ixtisası üzrə ikili diplom müqaviləsi imzalanıb. İstanbul Universiteti ilə isə “Türk Dünyası Tarixi” və “Strateji İdarəetmə” ixtisaslarını əhatə edən iki magistratura proqramı üzrə ikili diplom protokolu rəsmiləşdirilib.
Rektor qeyd edib ki, Naxçıvan Dövlət Universiteti “GreenMetric” beynəlxalq reytinq cədvəlində ölkə üzrə ilk 10-luqda, dünya üzrə isə ilk 700 universitet sırasında yer alıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində ölkədə ilk dəfə olaraq 2025–2026-cı tədris ilində Naxçıvan Dövlət Universitetində “Tibb” ixtisası üzrə SABAH qruplarının ingilis dili bölməsi fəaliyyətə başlayıb və müsabiqə yolu ilə tələbə qəbulu aparılıb.
Elbrus İsayevin verdiyi məlumata əsasən, əsas prioritet istiqamətlər üzrə dünyanın müxtəlif ölkələrindən nüfuzlu universitetləri təmsil edən 50 əcnəbi professor universitetdə tədrisə cəlb olunub. Həmçinin Acıbadem Universiteti ilə ikitərəfli akademik əməkdaşlığa dair protokol imzalanıb.
2025-ci il ərzində Macarıstan parlamentinin vitse-spikeri Sandor Lejakın və TÜRKSOY-un baş katibi Sultan Raevin universitetə rəsmi səfərləri təşkil edilib, heyətlə görüşlər keçirilib. NDU TÜRKÜNİB-ə (Türk Universitetlər Birliyi) üzv seçilib və ORHUN mübadilə proqramına qoşulub.
Rektor bildirib ki, NDU-nun IELTS Qeydiyyat və İmtahan Mərkəzində 97 nəfər, SAT Qeydiyyat və İmtahan Mərkəzində isə 68 nəfər imtahan verib. TIES beynəlxalq təqaüd proqramı çərçivəsində Hacettepe Universitetinə 10 tələbənin bir semestrlik mübadiləsi reallaşdırılıb, ümumilikdə isə 50 tələbə müxtəlif mübadilə proqramlarında iştirak edib.
Elbrus İsayev həmçinin vurğulayıb ki, 20 əcnəbi tədqiqatçı universitetdə ortaq elmi tədqiqatların aparılmasına cəlb edilib. 2025-ci ilin aprel ayında isə 6 ölkədən 21 əcnəbi professorun iştirakı ilə beynəlxalq təlim aylığı təşkil olunub. Tədbirlərdə 1500-ə yaxın tələbə, müəllim və ictimaiyyət nümayəndəsi iştirak edib.
2025-ci ildə sosial və mədəni sahə üzrə həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verən rektor bildirib ki, bu istiqamətdə görülən işlər universitet həyatının zənginləşdirilməsinə və tələbə-müəllim mühitinin daha da inkişafına xidmət edib.
Elbrus İsayevin sözlərinə görə, Naxçıvan Dövlət Universitetində ilk dəfə olaraq tələbə və müəllimlərdən ibarət “Qədim Xalq Çalğı Alətləri” ansamblı yaradılıb. Eyni zamanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş Azərbaycan film musiqilərindən ibarət NDU Simfonik Orkestrinin konsert proqramı Naxçıvan şəhər Heydər Əliyev Sarayında təqdim edilib.
Rektor qeyd edib ki, NDU-nun təşkilatçılığı ilə türkiyəli astrofizik alim, NASA mütəxəssisi, ODTÜ alimi Umut Yıldız Naxçıvan Muxtar Respublikasına ilk dəfə səfər edib. Onun iştirakı ilə Heydər Əliyev Sarayında universitetin Simfonik Orkestrinin ifasında “Kosmosun səsi” adlı elmi-musiqili konsert proqramı nümayiş olunub.
Elbrus İsayevin verdiyi məlumata əsasən, professor İlber Ortaylının universitetdə mühazirələri təşkil edilib, həmçinin Heydər Əliyev Sarayında Naxçıvan ictimaiyyəti ilə görüşü keçirilib.
Rektorun sözlərinə görə, NDU-nun təşkilatçılığı ilə növbəti Karyera Sərgisi təşkil olunub. Sərgidə 640 vakant iş yeri təqdim edilib və tədbir çərçivəsində 132 nəfər yerində işlə təmin olunub.
Rektor qeyd edib ki, 2025-ci il ərzində Naxçıvan Dövlət Universitetinə yeni işə qəbul olunanların sayı 252 nəfər olub. Bu, son 5 ilin ən böyük rəqəmidir.
NDU-nun idmanın müxtəlif sahələrində davamlı nailiyyətlər əldə etməsini vurğulayan rektor bildirib ki, 2025-ci ildə universitetin 24 tələbəsi müxtəlif idman yarışlarında iştirak edib, onlardan 13 nəfər bu yarışlarda qalibiyyət qazanıb.
Ali təhsil ocağının rektoru universitet–sənaye əməkdaşlığının universitetin strateji inkişaf planında əsas prioritet istiqamətlərdən biri olduğunu bildirib. Rektorun sözlərinə görə, bu sahədə davamlı fəaliyyət proqramları hazırlanaraq icra olunur və real nəticələr əldə edilib.
Elbrus İsayev qeyd edib ki, universitet–sənaye işbirliyi çərçivəsində son 5 il ərzində 61 müxtəlif dövlət və özəl müəssisə və təşkilatla əməkdaşlıq memorandumları imzalanıb. Bu əməkdaşlıqlar çərçivəsində ümumilikdə 325 görüş, təlim, birgə tədbir və qarşılıqlı fəaliyyət həyata keçirilib.
Rektorun açıqlamasına əsasən, 2025-ci il ərzində əlavə olaraq 11 dövlət və özəl müəssisə ilə yeni birgə əməkdaşlıq və sponsorluq müqavilələri imzalanıb. Bunlar “Azərbaycan Respublikası Hesablama Palatası”, “Azərbaycan Milli Elmlər Akademiyası”, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”, “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi”, “Azərbaycan Respublikası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi”, AZCON Holdinqə daxil olan “Milli Süni İntellekt Mərkəzi”, “Kapitalbank” ASC, “Referans Naxçıvan Tibb Mərkəzi”, “Azərişıq” ASC, “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı və “Invest-AZ İnvestisiya Şirkəti” QSC-dir. Bu istiqamətdə il ərzində ümumilikdə 74 görüş, təlim, birgə tədbir və müxtəlif qarşılıqlı fəaliyyətlər icra olunub.
Elbrus İsayev bildirib ki, NDU tərəfindən təşkil olunan bir çox genişmiqyaslı tədbirlərdə özəl sahibkarlıq subyektləri – “PAŞA Həyat Sığorta” ASC, “Kapitalbank” ASC, “Ləzzət Şirkətlər Qrupu” MMC, “Sirab” ASC, “Badamlı Mineral Sular” MMC, “Referans Naxçıvan Tibb Mərkəzi” və “APF GROUP” MMC tərəfdaş müəssisə kimi sponsorluq dəstəyi göstəriblər.
Rektorun sözlərinə görə, 26 dekabr 2025-ci il tarixində “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə bağlanılmış müqaviləyə əsasən, 2026-cı il ərzində Naxçıvan Dövlət Universitetində Kibertəhlükəsizlik laboratoriyasının qurulması və ixtisaslaşmış təlimlərin təşkili üçün 280000 manat məbləğində maliyyə dəstəyi nəzərdə tutulub.
Elbrus İsayev həmçinin vurğulayıb ki, NDU-nun təşəbbüsü ilə 2024 və 2025-ci illərdə Naxçıvan şəhərində iki böyük Karyera Sərgisi təşkil edilib. 5–8 iyun 2024-cü il tarixlərində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən ilk Karyera Sərgisində 2000-dən çox gənc üçün iş və təcrübə imkanları təqdim olunub. Sərgidə universitetin əməkdaşlıq etdiyi 32 dövlət qurumu və 8 özəl şirkət müxtəlif ixtisaslar üzrə vakansiya və təcrübə proqramları təqdim edib.
II Karyera Sərgisi isə 10–12 iyun 2025-ci il tarixlərində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev elektron universitet istiqamətində həyata keçirilən yeniliklər barədə məlumat verib. Rektor bildirib ki, Naxçıvan Dövlət Universitetində (NDU) EduROAM xidmətinin tətbiqinə 2025-ci ilin sentyabr ayından etibarən başlanılıb.
Elbrus İsayevin sözlərinə görə, layihə Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GÉANT) dəstəyi ilə AzScience ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Bu proses çərçivəsində AzScience və NDU arasında autentifikasiya və identifikasiya proseslərini təmin edən RADIUS server infrastrukturu qurulub.
Rektor qeyd edib ki, EduROAM xidməti ilkin mərhələdə universitetin yataqxanasında məskunlaşan tələbələr üçün əlçatan olub, sonrakı mərhələdə isə bütün universitet tələbələrinin istifadəsinə verilib. Hazırkı dövrə olan məlumata əsasən, NDU-da 1334 EduROAM tələbə hesabı yaradılıb və istifadəçi qeydiyyatı prosesi davam etdirilir.
Elbrus İsayev vurğulayıb ki, EduROAM (Education Roaming) beynəlxalq akademik şəbəkə təşəbbüsüdür və ali təhsil müəssisələrinin tələbə, müəllim və əməkdaşlarına dünya üzrə minlərlə universitet və tədqiqat mərkəzində vahid identifikasiya əsasında təhlükəsiz internet bağlantısı təqdim edir.
Rektor “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində universitet üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Bildirib ki, Dövlət Proqramının 8.9.3.2.2-ci yarımbəndinə uyğun olaraq Naxçıvan Dövlət Universitetinin nəzdində ingilis dilli orta məktəbin yaradılması istiqamətində mühüm addımlar atılıb. Dövlət Proqramı vəsaiti hesabına məktəbin kitabxana fondunun zənginləşdirilməsi məqsədilə ümumi dəyəri 69 970 manat olan 24 adda 550 ədəd elektron və çap Kembric dərslikləri və digər kitablar satın alınaraq məktəbə təhvil verilib.
Elbrus İsayevin sözlərinə görə, ingilisdilli orta məktəbin infrastrukturunun genişləndirilməsi məqsədilə ikinci korpusun tikintisi üçün ayrılmış ərazinin sənədləşdirilməsi yekunlaşdırılıb, reyestr və yerquruluşu sənədləri əldə olunub. Layihələndirmə üzrə müsabiqə elan edilsə də, müsabiqə uğursuz nəticələndiyi üçün yenidən müsabiqə elanının hazırlanması prosesi hazırda davam etdirilir. Eyni zamanda, məktəbin infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə bağlanmış müqavilə əsasında mərkəzi havalandırma, isitmə-soyutma, yanğın təhlükəsizliyi, səs və kamera sistemləri, eləcə də digər zəruri infrastruktur elementləri yaradılıb.
Rektor həmçinin Dövlət Proqramının 8.9.5.2.2-ci yarımbəndi – xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi və birgə proqramların icrası istiqamətində görülən işlərə də toxunub. Bildirilib ki, Macarıstan Respublikasının Con fon Neyman Universiteti ilə 3+1 formatında “Kompüter mühəndisliyi” ixtisası üzrə (tədris dili ingilis dili olmaqla) 2025–2026-cı tədris ili üçün 30 tələbənin qəbulu həyata keçirilib.
Elbrus İsayev qeyd edib ki, İstanbul Universiteti ilə magistratura səviyyəsində “Strateji idarəetmə” və “Türk dünyası tarixi” ixtisasları üzrə ikili diplom proqramlarının icrası üçün ilkin razılıq əldə olunub. Bundan əlavə, Dövlət Proqramı vəsaiti hesabına NDU-da fəaliyyət göstərən IELTS və SAT mərkəzləri üçün ümumi dəyəri 139534 manat olan texniki avadanlıqlar satın alınıb.
Rektorun sözlərinə görə, ABŞ-ın Corc Vaşinqton Universiteti ilə magistratura səviyyəsində “Səhiyyənin idarə olunması” ixtisası üzrə ikili diplom proqramı ilə bağlı danışıqlar da davam etdirilib.
Elbrus İsayev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 8.9.4.2.1-ci yarımbəndinə uyğun olaraq ali təhsil müəssisələrində yeni məzmunlu proqramların tətbiqi, o cümlədən “Tibb” ixtisası üzrə SABAH qruplarının fəaliyyəti barədə məlumat verib.
Rektor bildirib ki, 2024/2025-ci tədris ilinin yaz semestri üzrə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, 7 fənn üzrə 7 müəllim SABAH qruplarında tədris aparmaq üçün seçilib. 2025/2026-cı tədris ili üzrə isə müsabiqə yolu ilə 15 nəfər Azərbaycan bölməsi, 5 nəfər ingilis bölməsi olmaqla ümumilikdə 20 tələbə SABAH qruplarına qəbul edilib.
Elbrus İsayevin sözlərinə görə, SABAH qruplarında tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə 5 nəfər əcnəbi professor tədris prosesinə cəlb olunub. Həmçinin Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin SABAH qruplarında təhsil alan tələbələri üçün Ankara Universitetində iki həftəlik yay istehsalat təcrübəsi təşkil edilib.
Rektor qeyd edib ki, Dövlət Proqramı vəsaiti hesabına ilkin ehtiyacların təmin edilməsi məqsədilə ümumi dəyəri 34 361,56 manat olan dərsliklər, yumşaq inventar və İT avadanlıqları satın alınıb və bu vəsait 30 dekabr 2026-cı il tarixində tam ödənilib.
Elbrus İsayev 2025-ci ildə universitetin Beynəlxalq Kembric Məktəbi üzrə həyata keçirilən tədbirlər və uğurlar barədə məlumat verib. Rektor bildirib ki, məktəb Kembric Universitetinin standartlarına uyğun yenidən əsaslı qurularaq istifadəyə verilib və bütün şagirdlər kitab və tabletlə təmin olunub.
Bununla yanaşı, Kembric Məktəbində ilk dəfə olaraq Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzi yaradılıb və şagirdlər ilk dəfə ingilis dilində “Elm sərgisi” təqdim ediblər. Məktəbin şagirdləri 2025-ci ildə beynəlxalq olimpiadalarda 6 medal qazanıblar.
Rektorun sözlərinə görə, məktəbin 3 müəllimi 3 beynəlxalq sertifikat proqramını uğurla tamamlayıb. 2025-ci ildə gimnaziyanı bitirən 36 məzun ali təhsil müəssisələrinə qəbul olunub, onların 23-ü fərqlənmə attestatı alıb. Məzunlardan 22 nəfəri buraxılış imtahanında 250-dən yuxarı, 34 nəfəri isə 215-dən yuxarı bal toplayıb, məzunların ümumi bal ortalaması 251 bal təşkil edib.
Dövlət İmtahan Mərkəzi tərəfindən 27 aprel 2025-ci il tarixində keçirilən IX sinif buraxılış imtahanında gimnaziyanın 61 şagirdi iştirak edib. Nəticələrə görə, Rüqayyə Hüseynli 300 bal toplayaraq Naxçıvan üzrə birinci olmuş, ümumilikdə 47 şagird fərqlənmə attestatına layiq görülüb.
Elbrus İsayev həmçinin bildirib ki, gimnaziyanın şagirdləri respublika və beynəlxalq səviyyəli fənn olimpiadalarında uğurla iştirak edib:
Respublika Fənn Müsabiqəsində riyaziyyat üzrə 11, təbiət fənni üzrə 9, informatika üzrə 4 şagird mükafatçılar sırasında yer alıb.
SASMO beynəlxalq olimpiadasında 3 gümüş, 3 bürünc medal və 2 fəxri ad qazanılıb.
Nəsrəddin Tusi adına II Fizika-Riyaziyyat Olimpiadasında 1 I, 1 II və 2 III yer əldə edilib.
AMO beynəlxalq olimpiadasında 1 qızıl, 4 gümüş, 11 bürünc medal və 5 sertifikat qazanılıb.
Nəsrəddin Tusi adına III Fizika-Riyaziyyat və İnformatika Olimpiadasının final turunda 1 I və 2 II yer tutub.
Rektor vurğulayıb ki, bu nəticələr məktəbin beynəlxalq standartlara uyğun fəaliyyətinin və şagirdlərin yüksək hazırlıq səviyyəsinin göstəricisidir.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

Baxış sayı: 340
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
Bu gün, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil
6-09-2026, 20:12
150-dən çox insan keçiddə qatarla yük maşınının toqquşmasının nəticələrinin aradan qaldırılması üzərində işləyir
3-09-2026, 18:25
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
3-09-2026, 18:13
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi
3-09-2026, 17:54
Xəsarət alan tələbəyə tibbi yardımın göstərilməsini izləyir
3-09-2026, 13:13
Ayı hücumundan möcüzəvi şəkildə xilas olub
3-09-2026, 13:10
Putin pələnglə görüşünü bəyan edib
1-09-2026, 22:06
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
1-09-2026, 20:10
Yeni Dehlinin mərkəzində iki qüllə əldə etdi