Bütün xəbərlər
Keçmiş "Volkswagen" zavodunda baş verən yanğın söndürülüb
Tarix: 28-01-2026 16:09 | Bölmə: Sosial

Kaluqadakı AGR avtomobil zavodunda (əvvəllər "Volkswagen" zavodu idi) baş verən yanğın söndürülüb. Bu barədə Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa özünün Telegram kanalında məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğın 28 yanvar günortadan sonra Avtomobilnaya küçəsi 1 ünvanında baş verib. Alov 700 kvadrat metr ərazini əhatə edib.
"Kaluqadakı AGR zavodunda baş verən yanğın söndürülüb.Xəsarət alan yoxdur", - deyə, regional qubernator açıqlamasında bildirib.
Vladislav Şapşa həmçinin hadisənin istehsalı pozmadığını vurğulayıb.
Əvvəllər zavodun ərazisində polistirol köpük olan anbarın yandığı bildirilirdi.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər
16-04-2026, 22:37 105 yaşında vəfat edib