Bütün xəbərlər
Xırdalan Cümə Məscidində islam aləminin 3 mühüm şəxsiyyətinə doğum günü keçirildi-VİDEO+FOTOLAR
Tarix: 27-01-2026 19:29 | Bölmə: Sosial

 Yanvarın 26-da Xırdalan Cümə Məscidində islam aləminin 3 mühüm şəxsiyyətinə doğum günü keçirildi. İmam Hüseyn, hz. Əbəlfəzl və İmam Zeynalabdinin (ə.s) adına təşkil olunmuş mövlud tədbirində tanınmış din xadimləri iştirak etdilər.
               
   Quran qiraəti ilə başlayan tədbirdə açılış üçün söz Xırdalan Cümə Məscidinin imamı Elnur Əliyevə verildi. O, gələn qonaqları salamlayaraq mövlud münasibətilə onları təbrik elədi. 

Sonra Məşhədi Dadaş Məscidinin imamı Əli Şərbətov 3 uca şəxsiyyət haqqında maraqlı və çox təsirli bir nitq söylədi.
               
   Daha sonra qəzəlxan Fərman dərin məzmunlu qəzəlləri ilə məclisə öz töhfəsini verdi. Onun ardınca çıxış üçün söz Qobu Məscidinin imamı hacı Əlihüseynə verildi. O da təbriklərə qoşularaq ayə və hədislərlə inanclı insanları maarifləndirdi.
   Həmişə olduğu kimi, tədbirdə viktorina keçirildi. Sualları düzgün cavablandıran qaliblər mükafatlandırıldı.

               
   Nəhayət, sonda məddah Hüseyn Sədayi öz gözəl avazı ilə məscidə toplaşan insanları feyziyab elədi.
   Tədbir xalqımıza, İslam ümmətinə və bəşəriyyətə dualarla yekunlaşdı.
                

    Uca Allahdan təmənna edirik ki, xalqımızı və müsəlmanları daim mehriban və xoşbəxt qərar versin. Belə məclislərdə olduğu kimi, həmişə vəhdət təşkil etməyi nəsib etsin!
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az
               
               
               
               





Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər
17-01-2026, 22:06 450 icma elektriksiz qalıb