Bütün xəbərlər
Könül Nurullayeva növbəti səyyar qəbulunu keçirib
Tarix: 24-01-2026 16:45 | Bölmə: Sosial

Deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Nəsimi küçəsi 28, 32 və 32A ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub. Vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər səsləndirilmişdir.

Sabaha-inamla.az-a verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.



Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər
17-01-2026, 22:06 450 icma elektriksiz qalıb