22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Özəl heyvan sığınacağında yanğın baş verib
Tarix: 18-01-2026 16:02 | Bölmə: Sosial

18 yanvarda Xakasiya Respublikasının Ust-Abakan rayonunun Saxarnı kəndində özəl heyvan sığınacağında yanğın baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Respublika üzrə Baş İdarəsi məlumat verib.
Yanğın evsiz heyvanlar üçün sığınacağın ərazisində yerləşən fərdi evi və yardımçı tikilini əhatə edib. Yanğınsöndürənlər gələnə qədər alov 350 kvadrat metr əraziyə yayılıb.
Bəyanatda deyilir: "Yanğınsöndürənlər və könüllülər yanan evdən 150 pişik və 15 iti xilas edə biliblər".
Sığınacaq sahiblərinin sözlərinə görə, ərazidə təxminən 50 pişik qala bilər.
Yanğın yüksək səviyyəli yanğın kimi təsnif edilib və onu söndürmək üçün 25 nəfər və yeddi texnika cəlb olunur. Yanğının ilkin səbəbi bacanın həddindən artıq qızması (kərpic hörgüsündə çatların əmələ gəlməsi) olduğu bildirilir.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər