22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
450 icma elektriksiz qalıb
Tarix: 17-01-2026 22:06 | Bölmə: Sosial

Xerson bölgəsində on dörd bələdiyyə və 450 icma elektriksiz qalıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Volodymyr Saldo öz Telegram kanalında məlumat verib.
O izah edib ki, elektrik kəsilməsi Ukrayna qüvvələrinin Zaporojye bölgəsindəki yarımstansiyanı atəşə tutması nəticəsində baş verib.
Bəyanatda deyilir: "Zaporojye bölgəsindəki yarımstansiyanın atəşə tutulması nəticəsində elektrik kəsilib.Xerson bölgəsində on dörd bələdiyyə və 450 icma elektriksiz qalıb".
Region qubernatorunun sözlərinə görə, hazırda əlavə məlumatlar dəqiqləşdirilir.
Daha əvvəl Zaporojye bölgəsinin qubernatoru Yevgen Balitski Ukraynanın enerji infrastrukturuna hücumunun regionun əhəmiyyətli bir hissəsinin elektriksiz qaldığını bildirmişdi.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər