Bütün xəbərlər
Universitetinin professoru arzuolunmaz təşkilatda iştirak etdiyinə görə cərimələnib
Tarix: 16-01-2026 19:01 | Bölmə: Sosial

Yaroslavl Vilayət Məhkəməsindən TASS-a verilən məlumata görə, K.D. Uşinski adına Yaroslavl Dövlət Pedaqoji Universitetinin keçmiş müəllimi Yevgeni Yermolina arzuolunmaz təşkilatda iştirak etdiyinə görə cərimələnib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, professor Rusiya Federasiyasında arzuolunmaz hesab edilən xarici və ya beynəlxalq təşkilatın fəaliyyətində iştirak etdiyinə görə inzibati xətada təqsirli bilinib.
Mənbə TASS-a bildirib ki, "Məhkəmə Yermolinanı Rusiya İnzibati Xətalar Məcəlləsinin 20.33-cü maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilib və ona 5000 rubl cərimə tətbiq edib".
Yerli medianın təsdiqlənməmiş məlumatlarına görə, həmin şəxs Telegram kanalında Latviya Azad Universitetinin (Rusiyada arzuolunmaz təşkilat kimi tanınır) materiallarını yerləşdirib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər