Bütün xəbərlər
Metroda maska və üzgəc taxaraq rəqs edən kişi dörd gün müddətinə həbs edilib
Tarix: 16-01-2026 12:47 | Bölmə: Sosial

Moskva hüquq-mühafizə orqanlarının əməkdaşları stansiyalarda və metro vaqonlarında maska və üzgəc taxaraq musiqi sədaları altında rəqs edən kişiyə qarşı inzibati ittiham irəli sürüblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verib.
Hadisə Serpuxovsko-Timiryazevskaya xəttində baş verib.
"Moskva Metropoliteni Polis İdarəsinin patrul əməkdaşları Novqorodskaya küçəsində 33 yaşlı qonaq kişini saxlayıblar.Məhkəmə ona dörd günlük inzibati həbs cəzası verib", - deyə, idarənin açıqlamasında bildirilir.
Qeyd olunur ki, kişinin hərəkətləri Moskva metrosunun təhlükəsizlik və istismar qaydalarını pozub.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər