22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
19:41 / 22-11-2026
Almaniya Avropanın hava hücumundan müdafiə sahəsində ABŞ-dan asılı olduğunu etiraf edib
19:36 / 22-11-2026
Böyük Britaniyanın iddialarına görə, Vuçiç Tramp oteli ilə bağlı məmurları "axmaq" adlandırıb
19:32 / 22-11-2026
Böyük bir partiya siqaret qaçaqmalçılığında şübhəli bilinən şəxs həbs edilib
19:29 / 22-11-2026
Jirinovski Rusiya, Çin və ABŞ liderləri arasında görüşü proqnozlaşdırdı
19:26 / 22-11-2026
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19:21 / 22-11-2026
Otellər və suvenir mağazaları yanıb
19:17 / 22-11-2026
Böyük Britaniya bir sıra seçkilərdən sonra Avropa İttifaqı iflic vəziyyətinə düşə bilər, bəyan edib
16:55 / 21-11-2026
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü qeyd olunub - Fotolar
16:47 / 21-11-2026
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
16:36 / 21-11-2026
Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunmasında mühüm siyasi institut kimi formalaşıb-Könül Nurullayeva
12:27 / 20-11-2026
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
11:55 / 20-11-2026
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
11:48 / 20-11-2026
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
11:33 / 20-11-2026
Ağdamın gələcək inkişafında istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması mühüm yer tutur”-Könül Nurullayeva
11:01 / 20-11-2026
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
17:42 / 19-11-2026
Putin Çin və ABŞ liderləri ilə görüşlərin davam etməsini istədiyini bildirib
17:35 / 19-11-2026
Tramp Si və Putinlə üçtərəfli görüşdən sonra Çini tərk edir
16:44 / 19-11-2026
Lavrov Putin-Tramp görüşündə və üçtərəfli görüşdə atmosferi qiymətləndirdi
16:28 / 19-11-2026
Putin, Tramp və Si Cinpinq arasında keçirilən görüşdən sonra birgə bəyanat verilməyib
Su infrastrukturunun köklü yenilənməsi: prioritet hədəf
Tarix: 15-01-2026 11:21 | Bölmə: Sosial
Prezident İlham Əliyev: “Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq”
Azərbaycan Respublikasında davamlı sosial-iqtisadi inkişafın əsas şərtlərindən biri müasir və dayanıqlı infrastrukturun formalaşdırılmasıdır. Bu baxımdan su təchizatı, kanalizasiya, yağış və tullantı suları sistemləri insan sağlamlığı, şəhər mühiti və ekoloji təhlükəsizlik üçün həlledici rol oynayır. Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” məhz bu strateji çağırışlara cavab vermək məqsədi daşıyır.
Proqramın əsas prioritetlərindən biri Bakı şəhəri və Abşeron yarımadasında su təchizatının dayanıqlığının artırılmasıdır. İqlim dəyişmələri, əhalinin artımı və urbanizasiya prosesləri mövcud su ehtiyatlarına təzyiqi artırır. Bu səbəbdən alternativ su mənbələrinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Yeraltı və yerüstü su ehtiyatlarının səmərəli istifadəsi, təmizlənmiş tullantı sularının texniki məqsədlər üçün yenidən dövriyyəyə qaytarılması, dəniz suyunun duzsuzlaşdırılması kimi müasir yanaşmalar proqram çərçivəsində nəzərdə tutulur. Eyni zamanda, mövcud su təchizatı infrastrukturunun yenilənməsi və modernləşdirilməsi əsas vəzifələrdəndir. Köhnəlmiş boru xətlərinin dəyişdirilməsi, nasos stansiyalarının gücləndirilməsi və paylayıcı şəbəkələrin optimallaşdırılması fasiləsiz və keyfiyyətli içməli su təminatına xidmət edəcəkdir.
Dövlət Proqramı çərçivəsində Bakı şəhərinin yeni yaşayış massivləri, qəsəbələri, eləcə də Abşeron rayonunun sürətlə inkişaf edən ərazilərində su və kanalizasiya şəbəkələrinin genişləndirilməsi nəzərdə tutulur. Bu addım əhalinin sosial rifahının yüksəldilməsinə, sanitar-gigiyenik şəraitin yaxşılaşdırılmasına və qeyri-rəsmi, təhlükəli su istifadəsinin qarşısının alınmasına yönəlib. Yeni şəbəkələrin qurulması ilə yanaşı, mövcud sistemlərin texniki vəziyyətinin yaxşılaşdırılması da proqramın mühüm komponentidir. Bu, həm su itkilərinin azaldılmasına, həm də xidmət keyfiyyətinin artırılmasına imkan verəcəkdir.
Son illərdə intensiv yağıntılar nəticəsində Bakı və Abşeron yarımadasında daşqın və subasma halları ciddi problemə çevrilmişdir. Dövlət Proqramı bu risklərin aradan qaldırılmasını prioritet istiqamət kimi müəyyən edir. Yağış sularının toplanması və ötürülməsi üçün ayrıca drenaj sistemlərinin yaradılması, mövcud kollektorların genişləndirilməsi və təkmilləşdirilməsi şəhər infrastrukturunun dayanıqlığını artıracaqdır. Bu tədbirlər nəqliyyatın fasiləsizliyini təmin etməklə yanaşı, yaşayış binalarına və sosial obyektlərə dəyən zərərlərin qarşısını alacaq, şəhər mühitinin təhlükəsizliyini yüksəldəcəkdir.
Proqram tullantı sularının təmizlənməsi və ətraf mühitə təsirin minimuma endirilməsi məsələlərinə xüsusi diqqət ayırır. Müasir təmizləyici qurğuların inşası və mövcud qurğuların rekonstruksiyası nəticəsində tullantı sularının beynəlxalq ekoloji standartlara uyğun şəkildə təmizlənməsi təmin ediləcəkdir. Bu, Xəzər dənizinin, torpaq və yeraltı su ehtiyatlarının qorunmasına, ümumilikdə regionun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına mühüm töhfə verəcəkdir. Eyni zamanda, təmizlənmiş tullantı sularının təkrar istifadəsi su ehtiyatlarının qorunması baxımından strateji əhəmiyyət daşıyır. Yanvarın 12-də Prezident İlham Əliyevin proqramın müzakirəsi zamanı vurğuladığı kimi, bu sənəd təkcə texniki layihələr toplusu deyil, eyni zamanda ölkənin sosial-iqtisadi prioritetlərini, maliyyə imkanlarını və gələcək inkişaf perspektivlərini uzlaşdıran strateji yol xəritəsidir.
Dövlət Proqramının ən mühüm komponentlərindən biri təxminən 30-a yaxın yeni su anbarının tikintisidir. Bu anbarlar həm içməli su ehtiyatlarının artırılmasına, həm də mövsümi və iqlim risklərinin minimuma endirilməsinə xidmət edəcəkdir. Su anbarlarının yaradılması paytaxt və Abşeron yarımadasının su təhlükəsizliyini uzunmüddətli perspektivdə təmin edən əsas infrastrukturlardan hesab olunur. Bu layihələr miqyasına və maliyyə tutumuna görə ən böyük infrastruktur təşəbbüsləri sırasındadır. Yeni anbarlar mövcud su mənbələrinin yükünü azaldacaq, ehtiyatların idarə edilməsində çevikliyi artıracaq və fövqəladə hallara qarşı əlavə təminat yaradacaqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu proqramı yalnız daxili maliyyə imkanları hesabına icra etmək mümkün olardı. Lakin ölkə qarşısında duran digər strateji vəzifələr – Qarabağ və Şərqi Zəngəzurun bərpası, hərbi potensialın gücləndirilməsi, sosial layihələrin icrası – maliyyə resurslarının balanslı bölüşdürülməsini zəruri edir. Məhz bu səbəbdən proqram iki mənbə hesabına maliyyələşdiriləcək: dövlət büdcəsi və xarici maliyyə resursları. Bu yanaşma bir tərəfdən fiskal dayanıqlığı qoruyur, digər tərəfdən isə genişmiqyaslı su layihələrinin vaxtında və keyfiyyətlə icrasına şərait yaradır. Proqram çərçivəsində qarşıya qoyulan mühüm hədəflərdən biri su sayğaclaşdırmasının 100 faizə çatdırılmasıdır. Bu addım su sərfinin dəqiq uçotuna, istehlak mədəniyyətinin formalaşmasına və itkilərin real səbəblərinin müəyyənləşdirilməsinə imkan verəcəkdir. Sayğaclaşdırmanın tam təmin olunması həm vətəndaşlar üçün ədalətli ödəniş mexanizmi yaradacaq, həm də xidmət göstərən qurumların məsuliyyətini və operativliyini artıracaqdır.
Hazırda fasiləsiz içməli su ilə təmin olunan əhalinin payı təxminən 70 faiz təşkil edir. Dövlət Proqramının icrası nəticəsində bu göstəricinin 95 faizə çatdırılması nəzərdə tutulur. Bu, paytaxt regionu üçün keyfiyyətcə yeni mərhələ deməkdir. Bakının, Sumqayıtın, Abşeron rayonunun və ümumilikdə 64 yaşayış məntəqəsinin su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Xüsusilə uzun illər qrafiklə su alan ərazilərdə fasiləsiz və stabil təchizat təmin ediləcəkdir. Proqram çərçivəsində 200 kilometrdən artıq magistral kanalların, eləcə də eyni həcmdə paylayıcı şəbəkələrin tikintisi və yenidən qurulması nəzərdə tutulur. Bu, suyun mənbədən istehlakçıya qədər etibarlı və təhlükəsiz çatdırılmasını təmin edəcəkdir. Yeni və yenilənmiş şəbəkələr müasir texniki standartlara uyğun olacaq, sızma və qəza risklərini minimuma endirəcək, istismar xərclərini azaldacaqdır. Prezident İlham Əliyevin xüsusi vurğuladığı əsas problemlərdən biri su itkilərinin yüksək səviyyəsidir. Hazırda bu sahədə itkilər təxminən 40–45 faiz təşkil edir ki, bu da mövcud su ehtiyatlarından səmərəsiz istifadə deməkdir. Əslində, itkilər aşağı səviyyədə olsaydı, indiki ehtiyatlar belə paytaxt regionunun tələbatını böyük ölçüdə ödəyə bilərdi. Dövlət Proqramı su itkilərinin kəskin azaldılmasını əsas prioritetlərdən biri kimi müəyyən edir. Köhnə şəbəkələrin dəyişdirilməsi, rəqəmsal monitorinq sistemlərinin tətbiqi, operativ nəzarət mexanizmlərinin qurulması bu məqsədə xidmət edəcəkdir. Eyni zamanda gələcək də nəzərə alınır: əhalinin artımı, sənayenin inkişafı və urbanizasiya suya olan tələbatı artıracaq. Bu baxımdan itkilərin azaldılması yalnız cari problemin deyil, uzunmüddətli davamlılığın təminatıdır.
Su itkiləri uzun illərdir ki, su sektorunda əsas problemlərdən biri olaraq qalır. Dövlət Proqramı çərçivəsində su itkilərinin idarə edilməsinin effektiv monitorinq sistemi yaradılacaqdır. Şəbəkələrdə sızmaların erkən aşkarlanması, qeyri-qanuni qoşulmaların qarşısının alınması və balanslaşdırılmış su paylanması bu sistemin əsas məqsədlərindəndir. Bu tədbirlər nəticəsində həm maliyyə itkiləri azalacaq, həm də mövcud su ehtiyatlarından daha səmərəli istifadə olunacaqdır. Dövlət Proqramı Bakı şəhəri və Abşeron yarımadasında su təsərrüfatının keyfiyyətcə yeni mərhələyə keçidini təmin edəcəkdir. Dayanıqlı su təchizatı, ekoloji təhlükəsizlik, rəqəmsal idarəetmə və müasir infrastruktur prinsiplərinə əsaslanan bu proqram paytaxt regionunun uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Proqramın icrası nəticəsində Bakı və Abşeron yarımadası daha təhlükəsiz, daha ekoloji təmiz və daha rahat yaşayış məkanına çevriləcəkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçiriləcək bu proqram bir daha göstərir ki, Azərbaycanın inkişaf strategiyası uzunmüddətli planlama, maliyyə dayanıqlığı və ictimai məsuliyyət prinsiplərinə əsaslanır.
Qasımov Səyavuş Kamran oğlu,
Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 340
Bölməyə aid digər xəbərlər

Dünən, 22:27
Dağ aşırımında dörd qadın turist itkin düşüb
Dünən, 19:21
Otellər və suvenir mağazaları yanıb
21-11-2026, 16:47
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
20-11-2026, 11:01
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
19-11-2026, 08:58
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
17-11-2026, 18:32
Təmizlikçi qadın maaşının gecikməsi səbəbindən vəfat edib
17-11-2026, 14:14
Hakerlər Zoom, IKEA və 176 digər təşkilatın veb saytlarını zərərli kodla yoluxdurublar
16-11-2026, 17:57
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
16-11-2026, 11:58
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
15-11-2026, 19:25
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
15-11-2026, 18:24
Yaşayış binasını vuran PUA işə düşmədi
15-11-2026, 17:34
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
15-11-2026, 17:31
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
12-11-2026, 23:02
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
12-11-2026, 22:48
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
11-11-2026, 22:00
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
11-11-2026, 21:28
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
10-11-2026, 23:00
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
10-11-2026, 18:37
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
10-11-2026, 18:11
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
10-11-2026, 17:43
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
9-11-2026, 17:25
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
5-11-2026, 18:31
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
3-11-2026, 18:55
Dəvələrin tutulmasının görüntüləri yayılıb
3-11-2026, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
28-10-2026, 20:53
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
28-10-2026, 20:32
Yoqa dərsindən sonra insult keçirib
28-10-2026, 16:41
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
27-10-2026, 23:35
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
27-10-2026, 09:10
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
26-10-2026, 23:46
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
26-10-2026, 21:31
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
26-10-2026, 20:50
16 mindən çox müştəri elektriksiz qalıb
25-10-2026, 09:55
BƏƏ-də OBS Qlobal ikinci günü
24-10-2026, 09:57
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
22-10-2026, 16:42
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
22-10-2026, 16:38
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
19-10-2026, 18:30
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
18-10-2026, 21:52
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi