Bütün xəbərlər
Körpələrin ölümü ilə bağlı baş həkim və reanimasiya şöbəsinin müdiri saxlanılıb
Tarix: 14-01-2026 11:13 | Bölmə: Sosial

1 nömrəli Novokuznetsk Şəhər Klinik Xəstəxanasının baş həkimi və reanimasiya şöbəsinin müdiri doğum evində körpələrin ölümü ilə bağlı saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi sözçüsü Svetlana Petrenko agentliyin rəsmi Telegram kanalında məlumat verib.
Şübhəlilərlə bağlı istintaq hərəkətləri aparılır, ittihamların irəli sürülməsi və qətimkan tədbirinin seçilməsi məsələsi həll olunur.
"1 nömrəli Novokuznetsk Şəhər Klinik Xəstəxanasının yeni doğulmuş və vaxtından əvvəl doğulmuş körpələr üçün reanimasiya şöbəsinin baş həkimi və müvəqqəti rəhbəri saxlanılıb", - Petrenko bildirib.
2026-cı il yanvarın 4-dən 12-dək 1 nömrəli Doğum Evində doqquz körpə, dördü qız, beşi oğlan dünyasını dəyişib. Müstəntiqlərin sözlərinə görə, faciələr saxlanılanların öz rəsmi və peşə vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində baş verib.
İstintaq Rusiya Cinayət Məcəlləsinin səhlənkarlıq və iki və ya daha çox şəxsin ölümünə səbəb olma maddələri ilə aparılır. İşlə Rusiya Federasiyası İstintaq Komitəsinin mərkəzi aparatının müstəntiqləri məşğul olur.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər