Bütün xəbərlər
Ərdoğan türk ailələrini ən azı üç uşaq sahibi olmağa çağırdı
Tarix: 11-01-2026 22:27 | Bölmə: Sosial

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmvətənlərini ölkə əhalisini artırmağa çağırdı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun hesab etdiyinə görə, ailələrin ən azı üç uşağı olmalıdır.
"Bildiyiniz kimi, mən tez-tez deyirəm ki, ən azı üç uşaq lazımdır. Bu, güclü bir ailə üçün vacib şərtdir", - deyə, Ərdoğan "İstiqlal Gazetesi!"nin sitat gətirdiyi İstanbulda keçirilən sərginin açılışında bildirib.
Dövlət başçısı hökumətin 2025-ci ili Ailə ili elan etdiyini xatırladıb.
Türkiyə lideri həmçinin ailəsinin doğum nisbəti ilə bağlı heç bir problemi olmadığını bildirib.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər