Bütün xəbərlər
Turistlərin zəhərləndiyi kafe-barda işçilərdə norovirus aşkarlanıb
Tarix: 10-01-2026 20:01 | Bölmə: Sosial

Kemerovo bölgəsində turistlərin zəhərləndiyi kafe-barda işçilərin norovirus testi müsbət çıxıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Regional Rospotrebnadzor (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət) bu barədə Telegram kanalında məlumat verib.
Əvvəllər Şeregeş xizək kurortunda tətil edən bir qrup turistin özlərini pis hiss etdikləri bildirilirdi.Onlarda yüksək hərarət, ürəkbulanma, qusma, ishal və baş ağrısı müşahidə olunub.
Yerli kafe-bara baş çəkən iki nəfərə 2-ci genotip norovirus səbəbindən bağırsaq infeksiyası diaqnozu qoyulub. Rospotrebnadzor epidemioloji araşdırmaya başlayıb.
"Kafe işçilərinin laboratoriya müayinəsi zamanı dörd işçidə eyni patogen aşkar edilib. İşçilər dərhal işdən kənarlaşdırılıb", - deyə, açıqlamada bildirilir.
Epidemioloji araşdırma həmçinin kafenin iaşə xidməti sahəsində sanitariya və epidemioloji tələblərin pozulması hallarını da aşkar edib.Müəssisə Rospotrebnadzorun tələbi ilə müvəqqəti olaraq bağlanıb.
Qeyd olunur ki, başqa heç kim tibbi yardım üçün müraciət etməyib.



Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər