Bütün xəbərlər
Sərnişinlər uçuş zamanı dəhşətli qoxu səbəbindən aviaşirkətə qarşı məhkəmə iddiası hazırlayırlar
Tarix: 08-01-2026 18:46 | Bölmə: Sosial

Soçidən Sankt-Peterburqa uçan sərnişinlər uçuş zamanı dəhşətli qoxu səbəbindən aviaşirkətə qarşı məhkəmə iddiası hazırlayırlar.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Mash on Moika" Telegram kanalı məlumat verib.
Məlumata görə, təyyarənin salonunda nəcis qoxusu uçuşdan əvvəl də aşkar edilib. İnsanlar belə şəraitdə uçmamağı xahiş ediblər, amma uçuş yenə də davam edib.
"Onlar bu qoxuları dörd saat ərzində dadmalı olublar və indi sərnişinlər məhkəmə yolu ilə kompensasiya tələb etmək istəyirlər. Abunəçinin sözlərinə görə, kişi uçuşdan dərhal əvvəl şalvarına sidiyə çıxıb", "Mash" yazır.
Xəbərlərə görə, sərnişinlərdən biri uğursuz uçuşa görə aviaşirkəti məhkəməyə vermək üçün zərərçəkənləri birləşdirməyə çalışır.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər